AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
20.11.2015

AKADEMİK ZİYAD SƏMƏDZADƏNİN 75 İLLİK YUBİLEYİNƏ

HƏSR OLUNMUŞ RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRASIN

 

ELANI

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 10/4№li 20 may 2015-ci il tarixli qərarı ilə akademik Ziyad Səmədzadənin 75 illik yubileyinə həsr olunmuşelmi konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanın milli iqtisadi inkişaf modeli: formalaşması və xüsusiyyətləri” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Dövlət İqtisad Universitetiilə birlikdə keçiriləcək elmi konfransin əsas tematik istiqamətləri aşağıdakılardır:

- Azərbaycanın müasir iqtisadi inkişaf modelinin formalaşması amilləri, mərhələləri və fərqləndirici cəhətləri.

-  Azərbaycanda sosial-iqtisadi inkişafın müasir vəziyyəti və 2020-ci il hədəfləri

-  İqtisadi sistemlərin müasir problemləri və perspektivləri

-  İqtisadi inkişafın qlobal, milli və regional aspektləri

-  Milli, iqtisadi və enerji təhlükəsizliyinin təminatı problelmləri.

-  Maliyyə işi və bank sektorunun ikişaf perspektivləri.

-  Uçot, vergi, audit işi.

-  Sənaye siyasəti və aqrar iqtisadiyyat.

-  Nəqliyyat, logistika və xidmətlər infrastrukturu.

-  Yüksək texnologiyalar və innovasiya iqtisadiyyatının nəzəri və paraktiki məsələləri

- XXI əsrdə beynəlxalq iqtisadi əlaqələr və tranformasiya məsələləri.

Məqalənin mətni kağız daşıyıcıda və elektron versiyada olmaqla Microsoft Office Word proqramında A4 formatda, TimesNew Roman - 14 şriftində, 1,5 intervalda yığılmalı, səhifələrin bütün kənarlarında 2 sm boş sahə buraxılmalıdır. Ümumi həcmi 8 səhifədən çox olmamalıdır. Məqalələr Azərbaycan, ingilis və rus dillərində qəbul edilir. 

Materialların külliyatının nəşrinin buraxılışı konfransın işinin başlanmasına qədər planlaşdırılır.

Məqalələr 1 dekabr 2015-ci il tarixinə qədər aşağıdakı elektron ünvanına göndərilməlidir.

Əlaqə telefonları: (+99412) 514-14-27,

(+99412) 566-09-60, (+99412)437-20-27

E-mail: [email protected]

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır