AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
24.02.2017
Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitabın təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, Z.Səmədzadə kitabın Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixində imzaladığı “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən ərsəyə gətirildiyini deyib. Bildirib ki, kitab geniş və əhatəli mündəricata malikdir: “Veteranlar bizim sərvətimizdir və şərəfimizdir”, “Bakı nefti dünya siyasətinin tərkib hissəsidir”, “Bakı neftinin qələbədə əvəzolunmaz rolu (faktlar və sənədlər)” və digər bölmələrdə Bakı əhalisinin və bütövlükdə, Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində və faşizm üzərində qələbə çalınmasında danılmaz rolu işıqlandırılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov deyib ki, Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, dəniz donanmasının, tibb işçilərinin əməyi kitabda öz əksini tapır. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft tarixindən, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan danışıb. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Fəzail İbrahimli, parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları kitabla bağlı fikirlərini bölüşüblər. Kitabın təqdimetmə mərasimi münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində sərgi də təşkil olunub. Sərginin “1941-1945-ci illər müharibə iştirakçılarına və veteranlara qayğı və diqqət”, “Böyük Vətən müharibəsi tariximizin yaddaşında. 1941-1945”, “Boyevoy Listok” adlı stendlərində ümummilli lider Heydər Əliyevin veteranlarla görüşləri, onlara göstərdiyi diqqət və qayğı fotoşəkillərdə və imzaladığı sənədlərdə öz əksini tapır. “Böyük Vətən müharibəsi tariximizin yaddaşında” adlı stenddə Bakı neftinin dünya siyasətində və Sovet dövlətinin bu müharibədə qələbə qazanmasında danılmaz rolu dövrün ayrı-ayrı siyasətçilərinin fikirlərində yer alır.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır