AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
08.04.2019

Aprelin 6-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ukrayna, Polşa və Qazaxıstanda sabiq fövqəladə və səlahiyyətli səfiri Zhou Xiaopinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyad Səmədzadə Çinin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu deyib. Bildirib ki, Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Çin ilə münasibətləri qədim tarixi köklərə əsaslanır. Böyük İpək Yolu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Azərbaycan Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və inanır ki, bu layihə dünya iqtisadiyyatının inkişafına kömək edəcək.

Komitə sədri bildirib ki, Azərbaycanda Ələt azad iqtisadi zonası haqqında qanun qəbul edilib, bununla bağlı böyük yükdaşıma qabiliyyətinə malik olan liman inşa olunub. Bütün bu proqramlar Azərbaycanla Çin arasında münasibətlərin yaxın gələcəkdə daha da inkişaf edəcəyinə əminlik yaradır.

Ziyad Səmədzadə qonaqlara Çinin davamlı iqtisadi inkişaf modeli və bu ölkənin iqtisadi inkişaf təcrübəsinə həsr olunmuş əsərləri barədə məlumat verib və kitabları onlara təqdim edib.

Söhbət zamanı iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının digər aspektləri ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır