AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
02.05.2019

Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Caspian European Club”un mayın 1-də keçirəcəyi “CEO Lunch Baku”da fəxri qonaq qismində iştirak edəcək.

“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, bu barədə klubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.

O qeyd edib ki, tədbir Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan “Caspian European Club” üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunacaq. “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə klub üzvü olan şirkətlərin rəhbər və nümayəndələrinin vergi və gömrük sahəsində, həmçinin ölkədə sərmayə və biznes mühitinin yaxşılaşdırılması üzrə təklif və təşəbbüslər müzakirə olunacaq. “CEO Lunch Baku”nun iştirakçıları onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. “CEO Lunch Baku” yalnız şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. “Caspian European Club”un saytında (www.caspianenergy.org ) qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır