AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
02.05.2019

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə "Caspian European Club"un mayın 1-də keçirdiyi "CEO Lunch Baku"da fəxri qonaq qismində iştirak edib.

"Caspian European Club"dan AZƏRTAC-a bildirilib ki, "CEO Lunch Baku"nun açılışında "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxış edib. Daha sonra akademik Ziyad Səmədzadə görüş iştirakçılarına iqtisadi sahədə mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və parlament komissiyasının üzərində işlədiyi yeni qanunvericilik barədə məlumat verib. Z.Səmədzadə maliyyə sahəsinin, o cümlədən bank və sığorta sisteminin inkişafı üzrə tədbirlərin vacibliyini qeyd edib.

O, həmçinin büdcə sistemində islahatların aparılmasının, xüsusilə inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda bir neçə dəfə aşağı olan büdcə xərclərinin artırılmasının vacibliyini vurğulayıb.

Z.Səmədzadə neftin qiymətinin artımının ölkənin sosial-iqtisadi həyatına təsiri ilə bağlı fikrini ifadə edərək dövlətin ölkədəki sosial əhəmiyyətli bütün əsas layihə və hadisələrin həyata keçirilməsindəki rolundan danışıb.

Tədbir Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan "Caspian European Club"un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib.

"CEO Lunch Baku"da qeyri-rəsmi şəraitdə klubun üzvü olan şirkətlərin rəhbər və nümayəndələrinin vergi və gömrük sahəsində, həmçinin ölkədə sərmayə və biznes mühitinin yaxşılaşdırılması üzrə təklif və təşəbbüslər müzakirə edilib. "CEO Lunch Baku"nun iştirakçıları onları maraqlandıran suallara cavab alıblar.

Tədbirdə Z.Səmədzadəyə "Caspian European Club"un fəxri üzvlük sertifikatı təqdim olunub. "Caspian European Club"un yeni üzvlərinə və üzvlüyünü davam etdirən şirkətlərinə də sertifikatlar verilib.

"CEO Lunch Baku"da fəxri qonaq qismində, həmçinin Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi Füzuli Musayev də iştirak edib.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır