AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
26.01.2011

Oktyabrın 15-17-si Bakıda Qaf­qaz Universiteti ve Azərbaycan Dövlət İqtisad Universitetlərinin təşəbbüsü ilə "Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda 3-cü beynelxalq konqres keçirildi. Konqresin məqsədi ortaq ta­rixi və mədəniyyəti bolüşən Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi və beynəlxalq əlaqələr sahəsində qarşılaşdıqları problemləri təhlil etmək və onların həlli yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək idi.

Konqresin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət iqtisad Universitetinin rektoru prof. Şəmsəddin Hacıyev Türkiyə-Azarbaycan əlaqələ­rindən söz açaraq qeyd etdi ki, bəzən iki ölkə arasındaki ələqələrə ortaq əməkdaşlıq deyirlər. Halbuki, biz bütün sahələrdə ortaq deyil, birgə əməkdaşlıq edirik.

Qafqaz Universitetinin rektoru prof. Əhməd Saniç isə bildirdi ki, Azərbaycan Qafqaz və Mər­kəzi Asiya ölkələrindən öz sürətli inkişafı ilə fərqlənir, O, beş il əvvəllə müqayisədə Azərbaycanın daha da inkişaf etdiyini və müasir bir ölkəyə çevrildiyini söylədi.

Türkiyənin İstanbul Ticaret Universitetinin rektoru prof. Sabri Orman, Mərmərə Uni­versitetinin rektoru prof. Zafer Gül, Fatih Universitetinin rek­toru Şerif Ali Tekalan, İstanbul Universitetinin professorları Mehmet Altan və digər nüfuzlu qonaqlar öz çıxışlarında qloballaşan dünyada Qafqaz va Mərkəzi Asiyanın, о cümlədən Azərbaycanın nə qədər önəmli yerə sahib olduğunu vurğuladılar.

Konqresda Azərbaycan, Turkiуə, ABŞ, Qırğızıstan, Türkmə­nistan, Bolqarıstan, Qazaxıstan, Gürcüstan, Çin, İran, İraq, Cənubi Koreya və İsveç olmaqla 13-fərqli ölkədən 175 məruzəçi iştirak etdi, iki gün davam edən konqresin işində elm, təhsil ocaqlarının, о cümlədən Türkiyənin 13 fərqli universitetinin, ABŞ-ın Troy Universitetinin, Böyük Britaniyanın Oksford Uni­versitetinin nüfuzlu alim və tədqiqatçıları mövzu ilə bağlı müzakirələr apardılar, Konqres Azarbaycan Respublikası Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Təhsil Nazirliyi, iqtisadi inkişaf Nazirliyi, Senaye və Energetika Nazirliyi, Türkiyə Cümhuriyyəti Başnazirliyi Türk Əməkdaşlıq və inkişaf idarəsi Başqanlığı (TİKA) Bakı Koordinatorluğu, Azərbaycan-Türk Sənayeçi və İşadamları Beynəl­xalq Cəmiyyati (TUSİAB), Türkiyə İsrafı Önləmə Vəqfi, ABŞ-nın Troy Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin birgə taşkilatlılığı ilə keçirilmişdir.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır