AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
03.02.2011

Ziyad Səmədzadə: «Azərbaycanda bölgələrin vergi daxilolmalarında payı 35%-ə çatdırılmalıdır»

Azərbaycanda regionlarda yığılan vergi ölkə üzrə ümumi vergi yığımlarının 30-35%-nə çatdırılmalıdır. Bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Z.Səmədzadə ötən il regionlardan yığılan 400 mln. manatın pis göstərici olmadığını qeyd edib: «Ənənəvi olaraq ölkə üzrə vergilərin 80%-i Bakıya məxsus olub. Regionlardakı bəzi iri müəssisələr də vergiləri mərkəzdə ödəyir. Regionların inkişafı ilə əlaqədar olaraq təbii ki, büdcə gəlirlərinin formalaşmasında da müsbət dəyişikliklər olmalıdır və biz yaxın vaxtlarda 30-35% rəqəminə çatmalıyıq. Çünki regionlarda aparılan işlər imkanlarımızı genişləndirir».

Qeyd edək ki, Azərbaycanda məcmu vergi yığımlarının həcmi 2010-cu ildə 4,294 mlrd. manat təşkil edib, bu isə əvvəlki ilin analoji göstəricisindən 160,6 mln. manat və ya 3,9% çoxdur.

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır