AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
15.02.2011
Azərbaycan ilə Türkiyə arasında hərtərəfli əlaqələr dinamik inkişaf edir
 
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndə heyəti Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ilə görüşmüşdür.
ATİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə komitənin üzvləri Xanhüseyn Kazımlı, Vahid Əhmədov və Əli Məsimli də iştirak etmişlər.
Ziyad Səmədzadə bildirmişdir ki, iki qardaş ölkə arasında hərtərəfli əlaqələr özünün dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkənin qeyri-neft sektorunun inkişafında Türkiyə sərmayəçilərinin rolu böyükdür. Hazırda iş planımızda bir sıra qanun layihələri vardır. Əminik ki, bu qanun layihələrinin Milli Məclis tərəfindən qəbul edilməsi ilə ölkəmizdə biznes mühiti daha da yaxşılaşacaqdır.
ATİB-in fəaliyyəti haqqında qısa məlumat verən qurumun sədri Fatimə Aslan bildirmişdir ki, təmsil etdiyi təşkilat iki ölkə arasında istər ticarət, istərsə də investisiya yatırımı sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində öz tərəfdaşları ilə birlikdə mühüm tədbirlər həyata keçirmişdir. ATİB öz tərəfdaşları ilə birlikdə 25-ə yaxın biznes forum təşkil etmişdir.
Ötən illər ərzində ATİB-in ofisində Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən 350-yə yaxın Türkiyə və üçüncü ölkələrin şirkətləri ilə görüşlər keçirilmiş, onlara respublikanın investisiya mühiti və biznes imkanları barədə geniş məlumat verilmişdir.
Daha sonra ATİB tərəfindən iqtisadi qanunvericiliklə bağlı hazırlanmış təkliflər komitə üzvlərinə təqdim edilmiş və təkliflər ətrafında müzakirələr aparılmışdır.
Görüşün sonunda qərara alınmışdır ki, bu və digər məsələlər barəsində komitə ilə ATİB arasında məsləhətləşmələr bundan sonra da davam etdirilsin, qanun layihələrinin müzakirələrinə ATİB üzvləri və ekspertləri də cəlb olunsunlar.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır