AZE | РУС
 
FOTO QALEREYA
Xəbərlər
18.04.2011
Bakıda V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı işə başlamışdır
 
Aprelin 18-də Bakıda V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı işə başlamışdır.
Azərbaycan Dövlət Neft Akademiyasının və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi Xəzər regionunun neft-qaz sənayesinin vəziyyəti haqqında aktual informasiyanın təqdim edilməsi, karbohidrogenlərin nəqli, sənaye və ümumilikdə region üzrə layihələrin meyilləri və mümkün ssenarilərinin təhlilidir.
Xəzər regionunda neft-qaz sektorunun inkişaf amillərinə həsr olunan iclasda Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov “Şərq-Qərb dəhlizində nəqliyyat-kommunikasiyalarının inkişafında Azərbaycan enerji layihələrinin rolu və yeri”, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində neft amilindən istifadə və regionun iqtisadi təhlükəsizlik təminatı”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycanın neft-qaz sənayesinin müasir vəziyyəti və inkişaf perspektivləri”, Çexiya Respublikasının keçmiş Baş naziri Mirek Topolanek “Xəzər dənizinin nəqliyyat layihələrinin enerji təhlükəsizliyi” mövzularında çıxış etmiş, Avropanın enerji tələbatlarının təminatında Azərbaycanın rolundan danışmışlar.
Konfransın bölmə iclaslarında regionun nəqliyyat infrastrukturunun inkişafında aparıcı layihələr, ixrac perspektivləri, karbohidrogen ehtiyatlarının satışı və nəqli, neft və neft məhsullarının ixracında Xəzər dənizi limanlarının rolunun artması, Mərkəzi Asiyanın neft məhsulları bazarı və s. məsələlər müzakirə edilmişdir.
Üç gün davam edəcək tədbirdə Xəzəryanı ölkələrin, ənənəvi regional tərəfdaşlardan Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, həmçinin ABŞ, Avropa İttifaqı və Asiya-Sakit okean regionu ölkələrinin nümayəndələri iştirak edirlər.
MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır