AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
MİLLİ MƏCLİSDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLMİŞDİR

Aprelin 15-də Milli Məclisin növbəti iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov gündəliyə təklif edilən məsələlər barədə məlumat verdi.

Cari məsələlərin müzakirəsində deputatlar Ermənistanda keçirilən prezident seçkiləri, dinc əhaliyə qarşı törədilən zorakılıq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı parlamentdə dinləmələr, beynəlxalq təşkilatların bu ölkədə baş verənlərə ikili standartlardan yanaşması və digər məqamlara toxundular. Bildirildi ki, işğalçı Ermənistanda hakimiyyətə gələn siyasi qüvvələr seçkilər zamanı baş verən qarşıdurmadan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə Dağlıq Qarabağ məsələsini gündəmə gətiriblər. Deputatların fikrincə, buna görə Azərbaycan parlamenti də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirməlidir.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, Ermənistanda dinc əhalini gülləbaran edən və hakimiyyətə gələn siyasi qüvvələr Dağlıq Qarabağ məsələsi ilə əlaqədar parlamentdə dinləmələr keçirməklə yaranmış situasiyadan diqqəti yayındırmaq istəyirlər. Parlamentin sədr müavininin sözlərinə görə, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi var. O, BMT-nin Baş Məclisinin bu yaxınlarda keçirilən geniş iclasında Ermənistanın yenidən işğalçı dövlət kimi tanınması faktını Azərbaycanın apardığı uğurlu xarici siyasət kursunun məntiqi nəticəsi kimi qiymətləndirdi və bu istiqamətdə işlərin ardıcıl olaraq davam etdiriləcəyini bildirdi.

Sonra Azərbaycan Respublikası Hesablama Palatası hesabat verdi. Hesabatı qurumun sədri Heydər Əsədov təqdim etdi. H.Əsədov bildirdi ki, rəhbərlik etdiyi qurum büdcə vəsaitlərindən düzgün istifadə edilməsinə maliyyə nəzarəti, çevik idarəetmə sisteminin yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirib. Maliyyə nəzarəti tədbirlərinin gücləndirilməsi sahəsində aparılan işlərdən danışan Heydər Əsədov bildirdi ki, qurum iş planına uyğun olaraq 34 analitik ekspert təhlili aparmağı nəzərdə tutmuş və onlardan 20-i həyata keçirilmişdir. Bu müddət ərzində Hesablama Palatası 2007-ci ilin büdcə layihəsinə, Sosial Müdafiə Fondunun fəaliyyətinə dair geniş rəy hazırlayıb müzakirəyə təqdim etmişdir. Hesablama Palatası əlavə dəyər vergisinin hesablanmasının bütün qaydalarının təkmilləşdirilməsinə dair tövsiyələrini də vermişdir.

H.Əsədov görülən audit tədbirləri barəsində də məlumat verdi.

Ötən müddət ərzində Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Təhsil və Səhiyyə nazirliklərində audit aparılmışdır.

Aparılan yoxlamalar əsasında maliyyə idarəetməsi ilə inzibati idarəetmə arasında bir sıra uyğunsuzluqlar aşkarlanmışdır. Telekanalların icarə haqqının olub-olmaması, debitor borcları barədə faktlar aşkar edilmiş və dövlət büdcəsinə bərpa edilməsi təmin olunmuşdur. "Aqrolizinq" Səhmdar Cəmiyyətində aparılan yoxlamalar nəticəsində alınan texnikanın böyük bir hissəsinin istifadəyə verilməməsi, mühasibat uçotunun zəif təşkil edilməsi və digər neqativ hallar üzə çıxarılmışdır. H.Əsədovun sözlərinə görə, yoxlamalar 19 rayonda həyata keçirilmişdir. Nəticə etibarilə 19 nəfər vəzifəsindən azad edilmiş, 10 nəfər barəsində isə müvafiq tədbirlər görülmüşdür.

Hesablama Palatasının sədri bildirdi ki, Azərbaycan Dövlət Pedaqoji Uniıversitetində aparılmış audit tədbirləri əsasında bir sıra maliyyə çatışmazlıqları üzə çıxarılmış və aparılan işlər nəticəsində həmin vəsait universitetin kassasına daxil edilmişdir.

H.Əsədov əlavə etdi ki, bəzi təhsil, səhiyyə müəssisələrinə ərzaq və qeyri-ərzaq məhsullarının verilməsində müəyyən neqativ hallar da müəyyənləşdirilmişdir. Eyni təşkilat tərəfindən həmin müəssisələrə verilən məhsulların müxtəlif qiymətlərə satılması aşkarlanmışdır. Hesabatda bu məsələlərə geniş yer ayrılmışqdır. Ötən müddət ərzində Palatanın qanunvericilik bazasında dəyişiklik edilmiş, maddi-texniki bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilmişdir. Dünya Bankı ilə aparılan danışıqlar nəticəsində Hesablama Palatası sisteminin gücləndirilməsi üçün qrant ayrılması razılaşdırılmışdır.

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə Hesablama Palatasının gördüyü işləri təqdir etdi. Bildirdi ki, bəzi təşkilatlarda maliyyə intizamının pozulması, büdcədən yayınma halları ilə bağlı Hesablama Palatası tərəfindən ciddi faktlar aşkarlanmışdır. Həmin məsələlərin sənəddə konkret göstərilməsini müsbət hal kimi dəyərləndirən Z.Səmədzadə bildirdi ki, İqtisadi siyasət daimi komissiyasında Hesablama Palatasının hesabatı nəzərə alınmışdır. Komissiya sədri onu da əlavə etdi ki, bir sıra müəssisələrdə mühasibat uçotu ilə əlaqədar meydana çıxan problemlərlə bağlı daha geniş məlumat verilməlidir.

Deputatlardan A.Şahverdiyev, Q,Həsənquliyev, İ.Ağazadə, V.Əhmədov Hesablama Palatasının hesabatının təkmil variantda hazırlandığını bildirdilər. Onlar sənəddə maliyyə pozuntusu aşkarlanmış bir sıra idarə və müəssisələrin adlarının konkret göstərilməsini müsbət qiymətləndirdilər. Bildirildi ki, müəssisələrin debitor və kredit borclarının olması ilə bağlı məsələ də ciddi araşdırılmalıdır.

Qısa fasilədən sonra Hesablama Palatasının hesabatının müzakirəsi davam etdirildi. Deputat İlham Məmmədov hesabatın Azərbaycanda gedən sosial-iqtisadi yüksəlişin kontekstində hazırlandığını bildirdi. Deputat Siyavuş Novruzov hesabatın təkmil hazırlandığını bildirməklə yanaşı müxalifətçi deputatları parlamentdə etik qaydalara əməl etməyə səslədi.

Müzakirələr başa çatdıqdan sonra Hesablama Palatasının sədri Heydər Əsədov deputatların fikirlərinə münasibətini bildirdi. Onun sözlərinə görə, deputatların qaldırdıqları məsələlər araşdırılacaq və nəzərə alınacaq. Heydər Əsədov müxalifətçi deputatların qaldırdıqları məsələlərin və söylədikləri fikirlərin iqtisadçı olmamalarından irəli gəldiyini dedi.

Bununla da Milli Məclis Hesablama Palatasının hesabatını nəzərə aldı.

Sonra Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarıldı. İnzibati Prosessual Məcəllənin qəbulunda məqsəd inzibati hüquq münasibətlərilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir. Məcəlləyə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə, inzibati orqanın inzitbati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə, o cümlədən Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına, inzibati məsələlərin həlli ilə bağlı əmlak tələbinə dair və sair iddialara baxılacaq.

Layihə ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Rafael Cəbrayılov məlumat verdi. Bildirdi ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdikləri təkliflər və iradlar nəzərə alınmış və layihə ikinci oxunuşa təkmil variantda təqdim olunmuşdur. Rafael Cəbrayılov birinci oxunuşdan sonra layihəyə edilən düzəlişləri diqqətə çatdırdı.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov müzakirə olunan məcəllə layihəsinin hüquq qanunvericiliyi sistemində ciddi bir sənəd olacağını bildirdi. Ziyafət Əsgərov layihədə bəzi məsələlərə bir daha baxılaraq aydınlıq gətirilməsini məqsədəuyğun saydı.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirdi ki, "İnzibati icraat haqqında" qanun qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllə inzibati islahatların qanunvericilik bazasını təşkil edəcək. Bu Məcəllənin qəbulu hüquq sistemində tamamilə yeni bir yanaşma, inzibati mübahisələrin həllinə yeni baxış olacaq. Komissiya sədri qanun layihəsinin ikinci oxunuş üçün hazır olduğunu və həm parlament müzakirələrinin, həm ictimai müzakirələrin yekunu olaraq üçüncü oxunuşa qədər daha da təkmilləşdiriləcəyini dedi.

İclasda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin layihəsi ikinci oxunuşda təsdiq edildi.

 

Ümummilli lider Heydər Əliyevin həyat və

fəaliyyəti gələcək nəsillər üçün əbədi örnəkdir

 

Aprelin 26-da Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində "Heydər Əliyev iqtisadi idarəetmə məktəbi"nin növbəti məşğələsi keçirilmişdir. Məşğələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Vergilər Nazirliyində təsdiq edilmiş Tədbirlər Planına əsasən təşkil edilmişdir.

Məşğələdə vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov, "Heydər Əliyev iqtisadi idarəetmə məktəbi"nin elmi məsləhət şurasının sədri, akademik Asəf Nadirov və məktəbin üzvləri - Milli Məclisin İqtisadi-siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə, millət vəkili, professor Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər üzrə şöbəsinin sektor müdiri Qafar Əliyev, professor Əli Nuriyev, professor Sadıq Salahov, professor Əvəz Bayramov, professor Həsən Allahverdiyev, professor Cavanşir Qocayev, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi, məktəbin icraçı direktoru Mirdaməd Sadıqov, eləcə də AMEA-nın müxbir üzvü professor Ağasəlim Ələsgərov iştirak etmişlər.

Bundan başqa, məşğələdə Vergilər Nazirliyinin Aparatının rəhbəri, baş vergi xidməti müşaviri, tarix elmləri namizədi Asif Cahangirov, Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov, nazirliyin və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları da iştirak etmişlər.

Əvvəlcə vergilər naziri Fazil Məmmədov və məşğələ iştirakçıları departamentin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra tədbir akt zalında davam etmişdir. Vergilər naziri Fazil Məmmədov tədbiri açıq elan edərək ümummilli liderin şərəfli siyasi fəaliyyəti və fenomenal şəxsiyyəti barədə danışmış, ulu öndərin bütün ömrünü Azərbaycan xalqına, onun xoşbəxt gələcəyinə həsr etdiyini vurğulamışdır.

Nazir qeyd etmişdir ki, tarixdə hər bir xalqın özünün lideri və dahi şəxsiyyətləri olmuşdur. Bu şəxsiyyətlərin həyatı, idarəçillik üsulu daim öyrənilmişdir. Türk xalqı müasir dövlətçiliyi üçün Mustafa Kamal Atatürkə, ingilislər Çörçillə, amerikalılar Avraam Linkolna və Ruzveltə, fransızlar Şarl De Qola minnətdar olduqları kimi, Azərbaycan xalqı da öz dahi oğlu və ümummilli lideri Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dünya miqyaslı bir şəxsiyyət olması ilə fəxr etməyə layiqdir.

Fazil Məmmədov bildirmişdir ki, bu gün Heydər Əliyevin iqtisadi idarəetmə irsinin öyrənilməsi, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması iqtisadi qurumların və elm adamlarının başlıca vəzifələrindən biridir. Bu baxımdan, nazir dahi öndərin ideyalarının təbliğində "Heydər Əliyev iqtisadi idarəetmə məktəbi"nin üzvlərinin də böyük əməyi olduğunu diqqətə çatdırmış və onlara Vergilər Nazirliyinin əməkdaşları üçün bu məşğələni təşkil etdiklərinə görə bir daha təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış edən "Heydər Əliyev iqtisadi idarəetmə məktəbi"nin elmi məsləhət şurasının sədri akademik Asəf Nadirov ümummilli lider haqqında şəxsi düşüncələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. A.Nadirov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışaraq, onu dahi bir şəxsiyyət və böyük azərbaycanlı adlandırmışdır. O, Heydər Əliyevin keçən əsrin 2-ci yarısında Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox böyük işlər gördüyünü bildirmişdir. Akademik ümummilli liderin qısa müddət ərzində Sovet İttifaqından investisiya qoyuluşları üçün 32 milyarda rubl vəsait almaqla Azərbaycanın gələcəyi, inkişafı üçün böyük bir addım atdığını qeyd etmişdir: "Müqayisə üçün qeyd edək ki, ötən əsrin 70-ci illərinə kimi Azərbaycan iqtisadiyyatına cəmi 14 mlrd. rubl vəsait qoyulmuşdu. Lakin ulu öndərin hakimiyyətə gəlişi ilə bu rəqəm dəfələrlə artmışdı. Heydər Əliyevin təşkilatçılığı nəticəsində həmin dövrlərdə respublikada 218 iri sənaye müəssisəsi yaradılmışdı. Məhz onun dövründə ölkə iqtisadiyyatında xammal istehsal edən müəssisələr hazır məhsul istehsal etməyə başlamışdı". A.Nadirov ulu öndərin bütün bu uğurlarının onun cəsarətli addımları nəticəsində mümkün olduğunu vurğulamışdır. A.Nadirov ulu öndərin qoyduğu irsin, banisi olduğu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də bildirmişdir: "Neft strategiyasının banisi Heydər Əliyev olduğu kimi, bu strategiyanı uğurla davam etdirən məhz İlham Əliyevdir".

Məşğələdə çıxış edən Milli Məclisin İqtisadi-siyasət daimi komissiyasının sədri akademik Ziyad Səmədzadə "Heydər Əliyev iqtisadi idarəetmə məktəbi"nin üzvü olması ilə fəxr etdiyini bildirmişdir. O, Azərbaycan iqtisadiyyatının təhlükəsizliyini təmin edən Vergilər Nazirliyinin əməkdaşlarının məşğələdə iştirak etməsini çox yüksək qiymətləndirmişdir.

Akademik ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin əbədiliyini təmin etmək üçün ölkənin uzunmüddətli inkişaf konsepsiyasını yaratdığını qeyd etmişdir. Z.Səmədzadə Vergilər Nazirliyinin yaradılmasının da ulu öndərin adı ilə bağlı olduğunu bildirərək, struktur dəyişikliklərinin iqtisadi əsaslara söykənərək aparılmasını ümummilli liderin uzaqgörənliyi kimi qiymətləndirmişdir. O, eyni zamanda, xalqımızın böyük oğlu Heydər Əliyevin hər zaman balanslaşdırılmış siyasət apardığını qeyd edərək, bütün gücü ilə qloballaşan dünyada ölkəmizin maraqlarını müdafiə etdiyini bəyan etmişdir: "Bu gün dövlət büdcəsinin 70 faizindən çoxu Vergilər Nazirliyinin üzərinə düşür. Məhz ulu öndərin apardığı iqtisadi siyasət nəticəsində ölkəmiz maliyyə resursları ilə də tam təmin edilib".

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər üzrə şöbəsinin sektor müdiri Qafar Əliyev isə məşğələdə Heydər Əliyevin neft strategiyası ilə bağlı gördüyü işlərdən danışmışdır.

Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru professor Sadıq Salahov isə məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycanın aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildiyini bildirmişdir. S.Salahov ulu öndərin siyasi dəstəyi ilə həyata keçirilən torpaq islahatları nəticəsində çox böyük uğurlar əldə edildiyini, kənd təsərrüfatı məhsulları istehsalında ciddi artımlara nail olunduğunu qeyd etmişdir.

Tədbirdə çıxış edən Tikinti və Arxitektura Komitəsinin idarə rəisi professor Cavanşir Qocayev ulu öndərin həyata keçirdiyi investisiya siyasəti nəticəsində ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edildiyini vurğulamışdır. O, öz çıxışında ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin də bu strategiyanı uğurla davam etdirdiyini bildirmşdir. AMEA-nın müxbir üzvü, professor Ağasəlim Əl

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır