AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
Azərbaycanın milli inkişaf modeli ölkənin iqtisadi təhlükə¬sizliyinə ən etibarlı təminatdır

 

26 dekabr 2008-ci il tarixində «Təfəkkür» Universitetində keçirilən «dəyirmi masa»nın iştirakçıları respubli¬kamızın qlobal iqtisadi böhranı dəf etmək üçün zəruri potensiala malik olduğunu vurğuladılar.

Yola saldığımız 2008-ci ilin ən qlobal problemi kimi özünü göstərən dünya iqtisadi böhranı hər bir dövləti milli iqtisadi təhlükəsizliyi barədə ciddi düşünməyə, tənəzzüldən qurtul¬maq üçün məqsədəyönlü tədbirlər həyata keçirməyə vadar edir. Azərbay¬can höku¬məti¬nin son illərdə həyata keçirdiyi uğurlu sosial-iqtisadi inkişaf strategi¬yası res¬pub¬lika¬mızı qlobal böhranın mənfi təsirlərindən maksimum dərəcədə qorusa da, dünya reallıqları antiböhran tədbirlərinin sistemli şəkildə davam etdiril¬mə¬¬sini obyektiv zərurətə çevirir. Hazırkı vəziyyətdə iqtisadiyyatı idarə edən döv¬lət qurumları ilə yanaşı, iqtisadçı-alimlərin də bu yönümdə səmərəli təkliflər irəli sürməsinə, Azər¬baycanın perspektiv inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi prosesində işti¬rakına ciddi ehtiyac yaranmışdır.

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, Azərbaycan İqtisadçılar İttifaqının və «Təfəkkür» Universitetinin birgə təşkilatçılığı ilə keçirilən «Dünya maliyyə böhra¬nının mahiyyəti, səbəbləri, törətdiyi nəticələr və aradan qaldırılması prob¬¬lem¬ləri» mövzusunda «dəyirmi masa» da məhz bu məqsədə xidmət etmişdir. Milli Məcli¬s deputatlarının, tanınmış iqtisadçı alim və ekspertlərin iştirakı ilə keçi¬rilən tədbirdə dünya iqtisadiyyatının inkişaf meyillərinin qiymətləndirilməsi, qlo¬bal maliyyə böhranı, onun təzahür formaları, vəziyyətin sağlamlaşdırılması təd¬birləri, şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, dünya maliyyə bazar¬ların¬da möhtəkir¬liyin qarşı¬sının alınması və digər aktual məsələlər elmi aspektdən təhlil edilmiş, Azərbaycanın həyata keçirməli olduğu antiböhran tədbir¬lərindən söz açıl¬mışdır.

Milli Məclisin İqtisadi siyasət daimi ko¬mis¬siyasının sədri, akademik Ziyad Səmədzadə: Azərbaycanı son illərdə dina¬mik in¬ki¬şaf yolu keçərək qısa zamanda inanılmaz uğurlara imza atmış, cəmiy¬yət həya¬tı¬nın ən müxtəlif sahələrində tərəqqi və yüksəlişə nail olunmuş, əhalinin sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Başa çatmaqda olan 2008-ci il ölkə iqtisadiyyatı üçün bir sıra uğurlu nəticələrlə yadda qalmış, iqtisadi inkişafda əsaslı keyfiyyət dəyişik¬likləri baş vermiş, respublikanın dünya iqtisadi sisteminə interqasiyası pro¬sesi yeni mərhələyə qədəm qoymuşdur. Yeni dövrün reallıqlarına uyğun həyata keçirilən sosial-iqtisadi islahatların uğurlarını gündəlik həyatında hiss edən ölkə vətəndaşlarının mövcud siyasi kursa inam və etimadı daha da güclənmiş, bunun nəticəsi olaraq cənab İlham Əliyev 2008-ci ilin 15 oktyabr seçkilərində möhtəşəm qələbə qazanaraq ikinci müddətə Azərbaycan Prezidenti seçilmişdir. Ölkə və¬təndaşlarının bu alternativsiz seçimi son beş ildə Azərbaycanın əldə etdiyi böyük iqtisadi nailiyyətlərə əsaslanır. Bu müddətdə ölkə iqtisadiyyatında əsaslı dəyişikliklər baş vermiş, Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri səviyyəsinə yüksəlmiş, yoxsulluğun, işsizliyin, digər sosial problemlərin aradan qal¬dı¬rılması istiqamətində mühüm ad¬dım¬lar atılmışdır. Ümumilikdə respublikanın ötən müddətdə keçdiyi uğurlu yol gələcək inkişaf və tərəqqi üçün yeni imkanlar müəy¬yən¬ləşdirir. Azərbaycanın uğurlu inkişaf modeli ilə irəlilədiyini, dünya maliyyə böhra¬nı¬na qarşı etibarlı sipər yaratdığını dünyanın aparıcı maliyyə qurumları da etiraf edir¬lər. Dünya Bankının ən iri maliyyə strukturlarından olan Beynəlxalq Maliyyə Kor¬porasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı «Doing Business - 2008» hesabatında Azərbaycanın «islahatçı ölkə» elan edilməsi bunu bir daha təsdiqləyir. Azərbaycan qısa zamanda iqtisadi inkişafı xarakterizə edən əsas gös¬təriciyə - ümumi daxili məhsulun artım tempinə görə də bir çox dövlətləri qabaqlayır. Hazırda respublikamızda adambaşına düşən ümumi daxili məhsul 6000 dollar civarındadır. Büdcə xərclərinin ümumi daxili məhsuldakı çəkisi 27-28 faizə çatır. Bu uğurlu nəticələri isə hər bir vətəndaş gündəlik həyatında qabarıq hiss edir.

Açıq iqtisadi siyasət yeridən Azərbaycanın dünya iqtisadi münasibətlər siste¬minə interqasiya olunmuş 145-dək dövlətlə siyasi və iqtisadi əlaqələr qurmuşdur. Hazırkı mərhələdə qlobal maliyyə böh¬ranı respublika iqtsadiyyatına da öz təsirini göstərir. Ona görə də qlobal¬laşan dünyanın tərkib hissi olan respublikamızda antiböh¬ran tədbirlərinin davam etdirilməsini, mümkün fəsadların qarşısısının çevik islahatlar mexanizmi ilə alın¬masını vacib sayıram. Dünya iqtisadiyyatında baş verən proseslərin bu və ya digər dərəcədə Azərbaycana təsir göstərməsi təbiidir. Xarici ticarət dövriyyəsinin həc¬minin ildən-ilə artdığı hazırkı şəraitdə ölkə iqtisadiyyatının inki¬şafına kənar təsirlər də aşkar hiss olunur. Lakin ABŞ, Rusiya, Çin, Fransa, İngil¬tərə, ümumiyyətlə, çoxsaylı ölkələrlə müqayisədə dünya iqtisadi böhranının Azərbaycana təsiri ol¬duq¬ca cüzidir. Bu da ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bununla belə, biz müəyyən reallıqları da nəzərə almalıyıq. Respublika iqtisa¬diyyatının böh¬ran¬dan sığortalanması baxımından perspektiv inkişaf meyillərinin düzgün müəy¬yən¬¬ləş¬diril¬məsi iqtisadçı alimlərin qarşısında duran başlıca vəzifələr¬dəndir.

Bəzən mət¬buat¬da dünya iqtisadi böhranı ilə bağlı səthi yazılar dərc olunur. Biz belə yanaşma¬lar¬dan uzaq olub böhranın əsl səbəblərini müəyyən¬ləşdirməli, çevik və sə¬mə¬rəli iq¬ti¬sadi siyasət yeritməliyik. Dünyanın aparıcı maliyyə qurumlarının böhra¬nın aradan qal¬¬dı¬rılması üçün irəli sürdüyü təkliflərin diqqətlə nəzərdən keçirilməsi, milli ma¬raqlar baxımından dəyərləndirilməsi də son dərəcə vacibdir. Dünya ba¬za¬rın¬da neftin qiymətlərinin düşməsi ilə əlaqədar ayrı-ayrı dövlətlərin həyata ke¬çirdikləri antiböhran tədbirləri də ciddiliklə öyrənilməlidir. Bütün bu məsələlərə rasional düşüncə ilə yanaşmalıyıq.

Respublikamızın iqtisadi inkişaf modeli böhranın mənfi nəticələrinin aradan qaldırılması baxımından kifayət qədər ümidvericidir. Dünya ölkələrinin əksəriyyətinin iqtisadiyyatının iflic və¬ziy¬¬¬yətə düşdüyü hazırkı şəraitdə Azərbaycanda infrastruktur layihələri uğurla da¬vam etdirilir, yeni-yeni müəssisələr açılır. Hesab edirəm ki, bu nailiyyətlərimiz 2009-cu ildə də davam edəcəkdir. Gələn il Azərbaycanda ümumi daxili məhsulun 13-14 faiz artması gözlənilir və bu da inkişafın miqyası barədə nikbin düşünməyə ciddi əsaslar verir. Bütün sahələrdə hə¬yata keçirilən kompleks inkişaf proqramları Azər¬baycana dünya ölkələrini əhatə edən maliyyə böhranından uğurla çıxmağa imkan yaradır. Azər¬baycan Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət ölkənin iqtisadi təhlükəsizliyinə ən etibarlı təminatdır.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid NOVRUZOV: Dünya maliyyə böhranı 16 ay bundan əvvəl, ABŞ-da başlanmışdır. Bir çox analitiklərin fikrincə, 12 illik işgüzar tsikli deyil, 40 illik struktur böhranlarını (1929-1933-cü və 1969-1973-cü illər) xatırladan indiki dünya böhranı nikbinlik üçün ciddi əsas vermir: bütün milli iqtisadiyyatlar, hətta qlobal dünyadan təcrid olunmuş Kuba və Belarus iqtisadiyyatı da bu böhrandan ziyana düşəcək. Bəziləri az, digərləri isə çox dərəcədə. Buna görə də bu gün çox vacibdir ki, hamıya aydın olan şeylərə göz yummayıb, daha az zərər çəkəcək ölkələr qrupuna daxil olmağa səy göstərəsən.

2007-2008-ci illərin maliyyə böhranı, bütün digər böhranlar kimi, öz inkişafında bir neçə mərhələdən keçir. İlk iki mərhələ nisbətən sakit, hiss olunmadan keçmişdir.

Böhranın birinci dalğası 2007-ci ildə, dünyanın fond bazarlarında aparıcı bankların və maliyyə şirkətlərinin fond indeksləri azalmağa başlayanda özünü büruzə vermişdir. Belə bir şəraitdə ən yüksək gəlirliyə malik sabit bazarlar axtaran spekulyativ kapital (portfel investisiyaları və bank kreditləri) inkişaf etmiş ölkələrin bazarlarından inkişaf etməkdə olan, yüksək artım və gəlirlilik sürəti nümayiş etdirən iqtisadiyyatlı ölkələrə keçmişdir.

İkinci mərhələ 2008-ci ilin əvvəllərində - dünya fond bazarlarında davam edən azalma maliyyə axınlarını bir aktivdən digərinə, daha konkret desək, xammal və enerji resurslarına yönəltməyə şərtləndirmişdir. Bu zaman həmin aktivlər daha böyük cəlbedicilik kəşf etmiş, özü də onların dünya qiymətlərinin kəskin şəkildə artmasına səbəb olmuşdur.

Dünya maliyyə böhranının üçüncü dalğası indi müşahidə olunur. Bu mərhələnin fəsadları aparıcı dünya maliyyə şirkətlərinin bir-birinin ardınca müflisləşməsi və maliyyə böhranının dünya təsərrüfat sisteminin real sektoruna yayılması, dünya bazarlarında tələbatın kəskin azalması və bunun nəticəsi olaraq, xammal bazarlarında qiymətlərin aşağı düşməsi, aparıcı iqtisadi sistemlərin tənəzzülə uğramasıdır.

Dünya iqtisadi sistemi son dərəcə nəhəng və mürəkkəb mexanizmdir, onun hətta ən kiçik vintinin sıradan çıxması işdə ciddi fasilələrə gətirib çıxarır. ABŞ isə sadəcə vintçik deyildir, bütün dünya sistemini hərəkətə gətirən bir yaydır. Dünya iqtisadiyyatında bu dövlətin xüsusi çəkisi 50%-dən çoxdur; ABŞ dünyada çıxarılan neftin 1/4 hissəsindən çoxunu istehlak edir; dünyanın hər yerindən ixrac olunan mallar Amerika bazarında cəmləşmişdir; maliyyə axınları üzərində nəzarət Birləşmiş Ştatlar büdcəsini «yemləyir» və Yer kürəsinin ən müxtəlif guşələrinə səpələnmiş sənaye potensialını idarə etməyə imkan verir.

Belə nəhəng bir mexanizmi nəzarət altında saxlamaq asan deyildir, nəzərə alsaq ki, maliyyə institutlarının gəlirləri heç də həmişə real istehsaldan asılı olmamış, mürəkkəb maliyyə əməliyyatlarının həyata keçirilməsi sayəsində əldə olunmuşdur.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2009-cu ildə Avropada iqtisadi artım 0,5%, Asiya qitəsinin inkişaf etmiş ölkələrində isə 0,6-7,1% azalacaqdır. Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarının fikrincə, dünya böhranı şəraitində Avropa Birliyində iqtisadi artım göstəriciləri aşağı düşəcəkdir; elə həmin Avropa Komissiyasının proqnozlarına görə, 2009-cu ildə Almaniya iqtisadiyyatını durğunluq gözləyir; Yaponiya mütəxəssislərinin fikrincə isə cari ilin dördüncü kvartalının yekunlarına əsasən, bu ölkə iqtisadiyyatının heç də xoş olmayan perspektivləri vardır - dünya maliyyə böhranı Yaponiya iqtisadiyyatının real sektoruna aşkar mənfi təsirini göstərəcəkdir.

Bunlar əsasən proqnozlardır. Bəs bu günə olan real faktlar nədən ibarətdir?

Milli Statistika Bürosunun məlumatına görə Böyük Britaniya iqtisadiyyatı 1992-ci ildən bəri ilk dəfə mənfi artım nümayiş etdirmişdir - bu ilin iyul-sentyabr aylarında ölkənin ÜDM-i 0,5% azalmışdır; ABŞ, Ticarət Nazirliyinin dəqiqləşdirilmiş məlumatına görə 2008-ci ilin üçüncü kvartalında bu ölkədə də ÜDM 0,5% azalmışdır; Rusiya prezidenti D.Medvedyevin Rusiya və Avropa Birliyi sənayeçilərinin və sahibkarlarının «dəyirmi masa»sında söylədiyinə görə: «məcmu itkilər və mənim malik olduğum rəqəmlər 1,5 trilyon dollar təşkil edir. Etiraf etməliyik ki, belə bir vəziyyətlə biz ilk dəfə qarşılaşmışıq». Avropa Şurası Parlament Assambleyasının ötən ayın sonlarında yayılmış bəyannaməsində isə qeyd olunur ki: «Komissiya maliyyə böhranının və onun iqtisadi nəticələrinin Avropanın və bütün dünyanın vətəndaşlarına vurduğu, demokratiyanın əsaslarını təhlükə altında qoya biləcək faciəli zərərdən çox narahatdır».

Bəs bütün bunlar Azərbaycan iqtisadiyyatında əksini hansı formada təzahür etdirəcəkdir? Azərbaycan qlobal maliyyə böhranının mənfi nəticələrini dəf etməyə nə dərəcədə hazırdır? Artıq 5 ildən bəri ölkədə davam edən iqtisadi artım və tərəqqinin sürəti dünya iqtisadi proseslərində baş verən mənfi meyllər fonunda özünü nə cür büruzə verəcəkdir?

İqtisad elmləri doktoru, professor M.Meybullayev: Dünya maliyyə böhranı bazarın özünütənzimləməyə qadir olmadığını nümayiş etdirmişdir. Buna görə də hökumətlər maliyyə sektorunun sabitləşdirilməsi üçün tədbirlər görməli, böhranın bütün dünyanı əhatə etməsini nəzərə alaraq, onların antiböhran tədbirləri də beynəlxalq miqyas almalıdır. Dünya böhranının nəticəsi olan qlobal resessiya (ümumi milli məhsulun sırf artımı ilə xarakterizə olunan istehsalın tənəzzülü) hamıya - qlobal iqtisadiyyatın bütün iştirakçılarına təsir göstərir. Yalnız çevik korporativ idarəetmə zamanı maksimum səmərəli işləmək mümkün olacaqdır.

Maliyyə böhranını dəf etmək üçün ilk növbədə aşağıdakılar tələb olunur:

- dağıdıcı pul-kredit siyasətindən yan qaçmaq (mərkəzi banklar tərəfindən likvidliyin yaradılmasının qarşısını almaq);

- insanların daha çox əmanət, o cümlədən səhmdar kapitalı toplamasına imkan yaratmaq. Əmanət yığmağa imkan yaratmaq vergi siyasətini - əmanətlərə və kapital toplamağa qarşı daha az aqressiv olan bir siyasəti nəzərdə tutur. Maliyyələşdirmə süni olaraq pul yaratmağa əsaslanan kreditləşmə deyil, könüllü yığmalar, o cümlədən də səhmdar kapitalı hesabına aparılmalıdır.

Xarici kreditlərə əlyetərliliyin pisləşdiyi şəraitdə daxili maliyyə resurslarının məhdudluğunu nəzərə alaraq, sahibkar çətin bir seçim etməlidir: ya müvəqqəti çətinliklərdən istifadə edərək qiymətləri yüksək saxlamaqla istehsalı dayandırmaq və bazarları itirmək, ya da qiymətləri aşağı salmaqla öz məhsuluna olan tələbatı bərpa etmək və istehlakçını qoruyub saxlamaq. İkinci yol, istehsalı genişləndirməklə «dövriyyə» hesabına qazanc əldə edərək gələcək barədə düşünənlərin, birinci yol isə qısa müddət ərzində həddən artıq yüksək mənfəət əldə edərək istehsalı dayandıran möhtəkirlərin yoludur.

Bu mənada hökumət malların və xidmətlərin qiymətini aşağı salmaq barədə investorlarla, iri biznesin təmsilçiləri ilə memorandumlar imzalamaqla bağlı məsləhətləşmələr keçirmək öhdəliyini öz üzərinə götürə bilər.

Bank böhranının qarşısını almaq üçün mərkəzi banklar maliyyə böhranı əlamətlərinə malik qısamüddətli likvidlik problemi ilə üzləşən kommersiya banklarının yenidən maliyyələşdirilməsinin prinsiplərini müəyyən edən bir sıra tədbirlər həyata keçirməlidir. O cümlədən valyuta böhranının qarşısını almaq üçün valyuta möhtəkirlərinə məzənnəyə «əl çatmağa» imkan verməyən kompleks tədbirlər işləyib hazırlamaq tələb olunur.

Dünya bazarında tələbatın aşağı düşməsi nəticəsində ixracyönümlü istehsalın azalması və ixrac əməliyyatları üzrə ödəmələrin çətinləşməsi riskini nəzərə alaraq, ixracyönümlü mallar qrupuna daxili tələbatın artırılmasına və bununla da daxili istehsalın rolunun gücləndirilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirmək lazımdır. Bunun üçün büdcədən maliyyələşdirilən yeni infrastruktur və mənzil tikintisi layihələrinin həyata keçirilməsinə başlamaq yetərlidir.

Maliyyə böhranı şəraitində hökumətin fəaliyyətinin strateji istiqamətini milli iqtisadiyyatın real sektoruna investisiyaların artırılmasını stimullaşdırmaq təşkil etməlidir.

Dünya böhranının güclənməsini nəzərə alaraq, həm Azərbaycan hökuməti, həm də Milli Bank artıq bir sıra tədbirlər - antiinflyasiya tədbirləri, bank sisteminin sabitliyini yüksəltmək üzrə tədbirlər, dünya maliyyə böhranının əlamətlərinin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üzrə kompleks tədbirlər və s. həyata keçirmişlər ki, bunlar da əhəmiyyətli təsir riskini azaltmağa imkan verəcəkdir.

¬İqtisad elmləri doktoru, professor XANHÜSEYN KAZIMLI: Hər bir dövlətin yaşaması v

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır