AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
İQTİSAD ELMİNİN MÜASİR DÖVRÜN TƏLƏBLƏRİNƏ UYĞUN İNKİŞAFI: GERÇƏKLİKLƏR, PERSPEKTİVLƏR

Qloballaşan dünyamızda müasir dövrün tələblərinə uyğun ölkə iqtisadiyyatının və onun fundamental bünövrəsini təşkil edən iqtisad elmimizin düzgün inkişafı böyük aktuallıq kəsb edir. İctimai elmlər sırasında özünəməxsusluğu ilə seçilən və daim təkmilləşdirilməsinə ehtiyac duyulan bu elm sahəsinin modern prinsiplərə əsaslanan metodoloji bazasının müəyyən edilərək cəmiyyət həyatına tətbiq olunması - son nəticədə hər birimizin həyat səviyyəsi və yaşayış tərzinin yüksəlməsinə səbəb ola bilər.

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin böyük ziyalılıq və əsl vətəndaşlıq duyğusu ilə yazdığı «İctimai və humanitar elmlər: zaman konteksində baxış» adlı məqaləsi keçid dövrünün bitdiyi və yeni iqtisadi sistemin intensiv şəkildə formalaşması zamanı ictimai və humanitar elmlərin əsl məzmun və əhmiyyətinin üzə çıxarılması, onların rolu və yerinin düzgün müəyyən edilərək gücləndirilməsi baxımından qarşımıza böyük vəzifələr qoyur.

Bu məqsədlə 8 yanvar 2010-cu ildə Azərbaycan İqtisadçılar İttifaqı «İqtisadiyyat» qəzeti ilə birgə yeni iqtisadi şəraitdə iqtisad elminin yeri, rolu və qarşısında duran vəzifələrin səmərəli həllinə həsr olunmuş «Dəyirmi Masa» keçirmişdir. Tədbirdə Akademik Asəf Nadirov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat institutunun şöbə müdiri Ağasəlim Ələsgərov, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri Əli Nuriyev, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri Tofiq Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə-2» kafedrasının müdiri Məmmədhəsən Meybullayev, AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin rektoru Akif Musayev, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov, Azərbaycan Kooperasiya Universitetinin professoru Bəyalı Ataşov, i.e.d., professor Elşən Hacızadə və i.e.n. Elşad Səmədzadə iştirak edirdilər. Dəyirmi Masanı giriş sözü ilə Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının prezidenti, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, «İştisadiyyat» qəzetinin baş redaktoru, akademik Ziyad Səmədzadə açaraq təşkil olunan toplantının məqsəd və məramı, iqtisadi elminin mövcud vəziyyəti və gələcək inkişafının düzgün istiaqmətlərinin müəyyən edilməsi ilə bağlı məlumat verdi.

Z.Səmədzadə:

Sizlərin hər birinizi burda görməyimə çox şadam. Bu günkü müzakirəmizin mövzusu hamımıza məlumdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı geniş məqaləsi cəmiyyətdə, ilk növbədə, elmi dairələrdə böyük rezonans doğurmuşdur. Müəllif məqaləsində son iki onillikdə ölkəmizdə ictimai və humanitar elmlərin keçdiyi yolu kompleks halda və sosial-siyasi proseslər kontekstində təhlil etmiş, onun mövcud durumuna ümumi qiymət vermiş, alimlər və mütəxəssislər qarşısında məsul vəzifələrin dayandığını tam dolğunluğu ilə nəzərə çatdırmışdır.

Respublikamızda elmin, təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin çağdaş dövrün tələbləri səviyyəsində inkişafı istisnasız olaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, böyük öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, ümumilikdə mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, xalqın nicatını məhz intellektual tərəqqidə görmüşdür.

Milli inkişaf strategiyasını müəyyənləşdirən müstəqil Azərbaycan dövləti də öz yüksəlişini sadəcə təbii sərvətlərin gətirdiyi dividendlərlə məhdudlaşdırmır, innovativ texnologiyaların tətbiq imkanlarını genişləndirməyə, biliklərə əsaslanan elmtutumlu iqtisadiyyatın formalaşdırılmasına çalışır.

İndiki şəraitdə elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritet sahələrindən biridir və biliklərə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da fundamental elmlər üzrə tədqiqatları genişləndirmək və fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

Bildiyimiz kimi Azərbaycan inkişaf göstəricilərinə görə regionun lider dövlətidir. Bütün dünyada tüğyan edən maliyyə böhranının ölkəmizə təsiri görülmüş tədbirlər nəticəsində minimuma endirilmişdir. Amma etiraf edək ki, ictimai elmlər bu inkişaf dinamikası ilə ayaqlaşa bilmirlər. Bizim bu sahədə problemlərimiz qalmaqdadır. Elm-tədris müəssisələrində qocalma prosesi gedir, elmi-tədqiqatların səviyyəsi, dissertasiyaların keyfiyyəti aşağıdır, koordinasiya işi zəifdir. Bu gün bura respublikanın görkəmli iqtisadçı alimləri toplaşmışdır. Bura yığışmaqda məqsədimiz qeyd olunan problemlərin həlli istiqamətində müəyyən tövsiyələrlə çıxış etməkdən ibarətdir. İndi isə sözü akademik Asəf Nadirova verirəm.

A.Nadirov:

Çox sağ olun Ziyad müəllim! Azərbaycan iqtisadi inkişaf sürətinə görə regionda liderdir. Dünyanın aparıcı beynəlxalq təşkilatları ona ən islahatçı ölkə statusu veriblər. Yaranmış əlverişli şərait biz iqtisadçıların qarşısında da mühüm vəzifələr qoyur. Bütün bəşəriyyəti cənginə almış maliyyə böhranı dövlətimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycana cüzi təsir etmişdir. Lakin bütün bunlara baxmayaraq böhranın zaman kontekstində özünü necə aparacağı hələ məlum deyildir. Ona görə də biz proseslərin bütün mümkün inkişaf variantlarına hazır olmalıyıq və bu işdə iqtisadçı alimlərimiz fəallıq göstərərək hökumətimizə tövsiyə və təkliflərini verməlidirlər.

Hamımıza məlumdur ki, biz bu gün burada hörmətli Ziyad müəllimin dəvəti ilə akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsinin müzakirəsi üçün yığışmışıq. Çox hörmətli akademik tamamilə haqlı olaraq Azərbaycan elminin bir sıra sahələrinin ölkənin iqtisadi inkişafı ilə uzlaşmadığını vurğulayır. Öz növbəsində mən də hesab edirəm ki, alimlərimiz bu sahələrdə elmi tədqiqatlarını dərinləşdirməlidirlər və aparılan tədqiqatların keyfiyyətini yüksəltməlidirlər.

İ.Alıyev:

Asəf müəllim tamamilə haqlı buyurursunuz. İqtisadiyyatımızda keçid dövrünün başa çatması ilə əlaqədar olaraq iqtisadi inkişaf, onun modernləşdirilməsi məsələləri yenə də diqqət mərkəzindədir. Bu problemlərin gələcək həlli Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri hörmətli akademikimiz R.Mehdiyevin 17 yanvar 2008-ci ildə ilk yazdığı "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşdirmə xətti" adlı əsərində, eləcə də "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" 8 dekabr 2009-cu il adlı məqalələri bu baxımdan ictimai və humanitar elmlər, o cümlədən iqtisad elmi qarşısında duran vəzifələri açıb göstərməklə, böyük bir missiyanın başlanğıcını qoymuşdur.

Belə ki, milli iqtisadi inkişafın modenrləşməsinin strateji xətti islənmiş olsa da, taktiki baxımdan dünyada gedən qloballaşma prosesi ilə bağlı daimi təkmilləşdirilməli və inkişaf etdirilməlidir. Ölkədə iqtisadi inkişaf -nəticə etibarilə ölkə vətəndaşlarına, şəxsiyyətin hüquq və azadlıqlarının təmin olunmasına, demokratiya xəttinin inkisaf etdirilməsinə, liberallaşmanın sürətlənməsinə, və iqtisadi modernləşmənin mərhələli demokratikləşməsinə gətirib çıxarmalıdır. Bir sözlə iqtisad elmi qarşısında duran vəzifələr bu kontekstlərdən çıxış edilərək həll edilməlidir. İndisə Azərbaycan iqtisadiyatını səhv etmədən müəyyənləşdirmək, ölkədə gedən quruculuq işlərini dərindən təhlil etmək, qloballasan dünyada Azərbaycanın özunə məxsuslugunu təmin edəcək səviyyədə, elmi tədqiqat islərini yerinə yetirməklə dövru qabaqlaya bilmək lazımdır.

Bu zəruriyyətləri həmisə duyan Cənab Prezidentimiz İ.Əliyevin elmin inkisafina dair gostərişləri və çıxartdığı qərarlar müstəsna əhəmiyyət kəsb edir desək yanılmarıq.

Z.Səmədzadə:

Akademik R.Mehdiyevin məqalədə söylədiyi bir fikri nəzərinizə çatdırmaq istərdim: "Bir müddət əvvəl İqtisadiyyat İnstitutunda rəhbərlik dəyişdi. Aydındır ki, bu dəyişiklik dərhal öz nəticəsini verə bilməz. Lakin vaxt itkisinə də yol verə bilmərik. Bu sahədə zəruri islahatların aparılmasına böyük ehtiyac vardır. Bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab etmək olmaz". Mən də öz növbəmdə hesab edirəm ki, institutda rəhbərliyin dəyişməsi məhsuldarlıq və keyfiyyətin yüksəlməsi ilə nəticələnəcəkdir. Yeni rəhbərlik zəngin ənənlərə malik, mənə əziz olan bu institutda son illərdə kök salmış elmi etikadan, əxlaqi-mənəvi dəyərlərdən uzaq olan qalmaqallı yığıncaqlara son qoyacaqdır. Bu elm ocağı həmişə özünün konstruktiv elmi müzakirələri ilə xatirələrdə yaşamalıdır. Hesab edirəm ki, yeni rəhbərlik bu adı instituta qaytaracaqdır. Bunun üçün isə əsas vardır. Kollektiv çox sağlamdır və mən bu işdə İsa müəllimə uğurlar arzulayıram.

A.Nadirov:

Akademik məqaləsində qeyd edir: "Bütün ali təhsil ocaqlarında pedaqoji heyətin yaşlanması prosesi gedir. Onları layiqincə əvəz edəcək kadrların hazırlığı məsələsi ilə ciddi məşğul olmaq lazımdır". Bu tamamilə mənim ürəyimcə olan bir məsələdir. Həqiqətən bu gün istər ali təhsil müəssisələrində, istərsə də elmi-tədqiqat institutlarında yaşlanma prosesi gedir. Bunun isə həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Bir çox hallarda bu müəssisələrdə çalışan yaşlı nəsil cavanların elmdə irəli çəkilməsində maraqlı olmurlar. Bunlar gələcəkdə həmin adamın onun yerini tutmasından qorxurlar. Halbuki bizim dövrümüzdə belə hallara yol verilməzdi. Elmi-tədqiqat institutlarının əməkdaşları kimi bizlər ali məktəblərə gedərək oradan layiqli gəncləri seçərək onları elmə dəvət edirdik. Sizlərin hamınızın yaxşı tanıdığınız məşhur alimlərin bir çoxu məhz bu yolla kəşf edilmişdir. Mən hesab edirəm ki, bu ənənə yenidən bərpa edilməlidir.

Elmdə varislik prinsipi qorunub saxlanmalıdır. Biz bolşevikləri tənqid edirik, amma bəzi hallarda elə bolşevik təfəkkürü ilə çıxış edirik. Nədir bolşevik təfəkkürü? Bolşeviklər hakimiyyətlərinin ilk illərində imperiyadan qalmış bütün nə vardısa hamısını məhv etməyə və yenisini qurmağa başladılar. Biz də bəzən belə edirik. Amma mən belə hesab edirəm ki, inkişafa təkamüllə nail olmaq olar. Sökülə biləni, dağılmaq vəziyyətində olanı, mənəvi və fiziki cəhətdən aşınmışları, özünü müasir şəraitdə doğrultmayanları dağıtmaq lazımdır. Yaşamaq müddətini başa vurmamışları isə bərpa etmək lazımdır.

İ.Alıyev:

Ünvanıma söylədiyi xoş sözlərə görə Ziyad müəllimə təşəkkür edirəm. Öz növbəmdə söz verirəm ki, mənə göstərilən etimadı doğrultmağa çalışacağam. 2009-cu il Azərbaycan dövlətinin elm, innovasiya və XXI əsrin milli intellektual potensialını səfərbər etmək baxımından, tarixi əhəmiyyətli dövlət qərarlarının qəbul edildiyi il kimi yaddaşlarda qalacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə elmin inkişafına və bu sahədə problemlərin kompleks həllinə xidmət etməyə yönəlmiş bir sıra mühüm sənədlər imzalamışdır. Bunlardan 4 may 2009-cu il tarixli "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nı və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət proqramı"nı, 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nı, 21 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncamları qeyd etmək olar.

Bir sözlə elmin, o cümlədən iqtisad elminin inkişafı üçün geniş fürsət verilmişdir. Artıq Cənab Prezidentimizin dediyi kimi Respublika iqtisadiyyatında keçid dövrü bitmiş sosial-iqtisadi inkisafın yeni dövrü başlamışdır. Rəsmi səviyyədə elan olmuş bu müddəa hər birimizin uzərinə böyük vəzifələr qoyur. Və hesab edirəm ki, təmsil etdiyimiz elmin sahəsində bundan sonra böyük səylə, əzmkarlıqla calışmalıyıq. Məhz belə bir möhtəşəm vəzifələrin öhdəsindən gəlmək haqqında düsünərkən respublika mətbuatında "ictimai və humanitar elmlər: zaman kontekstində baxıs" məqaləsilə çıxış edən Azərbaycan Respublikası Prezidenti Adminstrasiyası rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevin məqaləsi bu məsələlərə tam aydınlıq gətirməklə biz elm adamlarına vaxtında göstərilmis diqqət və qaygı kimi də qiymətləndirilməlidir. O, bu məqaləsində problemlərlə baglı çox məqamlara aydınlıq gətirmiş, onlara yeni dövrün tələblərinə uygun həlli yollarını da uzaqgörənliklə açıb göstərmişdi. Hesab etmək olar ki, bu məqalə ilə o, zamanının nəbzini tutmuş, hətta belə tənqidi qeydləri ilə də hər bir elmin o cümlədən iqtisad elmin həll edə biləcək məsələləri acıb göstərmisdi.

A.Musayev:

Ölkəmizin yaxın və uzaq perspektivdə sosial-iqtisadi inkişafının strateji inkişaf xətti bütövlükdə Azərbaycan elmi, o cü

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır