AZE | РУС
 
FOTO QALEREYA
İctimai-siyasi fəaliyyəti
Uşaqlar üçün büdcə siyasəti və

investisiyalar gələcəyimizin təminatıdır

- Ziyad müəllim, iyun ayının 23-də Milli Məclisdə İqtisadi Siyasət daimi Komissiyası, İqtisadçılar Birliyi və UNICEF-in birgə təşkil etdiyi "Uşaqlar üçün büdcə siyasəti və investisiyalar" adlı konfrans keçirilmişdir. Belə konfransların əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan regionda və dünyada az sayda ölkələrdəndir ki, özünün neft gəlirləri və analoqu olmayan iqtisadi artımı sayəsində bir çox ölkə üçün model ola biləcək sosial və iqtisadi inkişaf yolu keçmək imkanına sahibdir. Əlverişli iqtisadi şərtlər hökumətə ölkədə yoxsulluq həddini 16 faizə endirməyə və son on ildə büdcə xərclərini 17 dəfə artırmağa imkan vermişdir. Büdcədəki ümumi genişlənmə ilə yanaşı sosial sahələrə ayrılan vəsaitlərin həcmi də son on ildə 7 dəfə artmışdır.

Regiondakı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yoxsulluqdan daha çox uşaqlar əziyyət çəkirlər. Buna görə də ölkədə yoxsulluğun daha da azaldılması və inkişafın davamlılığını təmin edəcək sağlam və yaxşı təhsil almış insan kapitalına sahib olması üçün uşaqlara xüsusi qayğı göstərilməsi vacibdir. Bu səbəbdən və eyni zamanda Uşaq Hüquqları üzrə Komitənin Azərbaycana büdcə ayırmalarına uşaqların iqtisadi, sosial və mədəni hüquqlarının təminatının önə çəkilməsi ilə bağlı tövsiyəsini diqqətə alaraq, UNİCEF, Milli Məclisin İqtisadi Siyasət daimi Komissiyası və Azərbaycan İqtisadçılar İttifaqı sözü gedən tədqiqata başlamışlar. Tədqiqat ölkənin mövcud resurslarının uşaqların mənafeyi naminə maksimal şəkildə istifadə edilib-edilmədiyini nəzərdən keçirmək və ən əsası bu resursların uşaqlar üçün istifadəsini daha da yaxşılaşdırmağa yönələcək məsləhətlər vermək məqsədi daşıyır.

Bu ilkin tədqiqatın mövzusu digər əhali qrupları ilə yanaşı uşaqların da əhəmiyyətli dərəcədə faydalandığı səhiyyə və təhsil xidmətlərinə ayrılan büdcə xərcləri olmuşdur. Tədqiqatda səhiyyə və təhsilə ayrılan büdcə xərclərinin həm nominal, həm də real olaraq (inflyasiyanı nəzərə almaqla) illər üzrə dəyişməsi nəzərdən keçirilir, bu xərclərin səviyyəsi həm ümumi daxili məhsulun və ümumi dövlət büdcəsi xərclərinin faizi olaraq, həm də iqtisadi potensialın göstəricisi kimi qəbul edilən adambaşına düşən ÜDM nəzərə alınmaqla digər keçid iqtisadiyyatı ölkələri ilə müqayisə edilir. Ən əsası, tədqiqat bəzi səhiyyə və təhsil göstəricilərinin həm illər üzrə dəyişməsinə, həm də digər ölkələrlə müqayisəsinə baxaraq büdcə xərcləri və uşaq və qadınlar üzrə göstəricilərin mövcud vəziyyəti arasında əlaqənin olub-olmadığını təhlil edir. Hesab edirəm ki, belə təhlillərin aparılması, konfransların keçirilməsi beynəlxalq təcrübənin öyrənilməsində əvəzsiz rol oynayır.

- Belə fikirlər səslənir ki, Azərbaycan Qafqazın pələngi rolunda çıxış edə bilər. Bu nə dərəcədə realdır?

- Dünya praktikasında belə terminlərdən istifadə olunur. Məsələn, Asiyanın inkişaf etmiş dörd sənaye ölkəsi cənubi Koreya, Sinqapur, Honq-Konq, Tayvan dörd əjdaha adlandırılır. Onlara həmçinin yeni sənaye ölkələri də deyirlər. Bu ölkələr iqtisadi inkişaflarında artıq informasiya mərhələsinə qədəm qoymuşlar. Onların çox zəngin təcrübəsi var və hesab edirəm ki, biz də bu təcrübədən yararlana bilərik. Deyildiyi kimi, Azərbaycan da öz növbəsində Qafqazın pələngi rolunda çıxış edə bilər. Bu möcüzə deyil, real gerçəklikdir. Respublikanın son illərdə əldə etdiyi dinamik inkişaf sürəti bütün bunları deməyə əsas verir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyasının uğurla reallaşması nəticəsində Azərbaycan iqtisadi cəhətdən daha da güclənmiş, regionun lider, qloballaşan dünyanın nüfuzlu ölkəsinə çevrilmişdir.

2004-2008-cü illərdə adambaşına düşən ÜDM 4,3 dəfə artmışdır ki, belə bir dinamika da yaxın gələcəkdə daha miqyaslı vəzifələri həyata keçirməyə imkan verəcəkdir. Azərbaycanın iqtisadi inkişaf sürətinin dünya, eləcə də MDB məkanı üzrə orta göstəricidən daha sürətlə artması sabit xarakter almış, sosial-iqtisadi inkişafı və investisiya mühitini xarakterizə edən əsas göstəricilər xeyli dərəcədə yaxşılaşmışdır.

Bu məsələni gələcək üçün də vacib sayan dövlət başçısı 2007-ci ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında demişdir: "Artıq ölkəmiz, demək olar ki, öz inkişaf potensialına görə regional müstəvidən çıxıbdır. Əgər adambaşına düşən büdcə xərclərini götürsək görərik ki, Azərbaycan dünya miqyasında çox qabaqcıl yerlərdədir. Bu ilin sonuna qədər Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 4,5 min dollar təşkil edəcəkdir ki, bu da çox yaxşı göstəricidir. Xüsusilə MDB məkanı üçün və nəinki başqa regionlar üçün. Biz gözləyirik ki, iqtisadi islahatların davam etdirilməsi nəticəsində 2008-ci ildə bu rəqəm 4,5 min dollara çatsın. Bu da artıq inkişaf etmiş ölkələrə yaxın olan ölkələrin səviyyəsidir. Növbəti illərdə biz bunu artıracağıq. Neft strategiyamız, iqtisadi islahatlar, yeni sənaye sahələrinin yaradılması, iqtisadi potensialın möhkəmlənməsi - bütün bunlar bizə bu imkanları yaradacaqdır".

- Təhsil, səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi büdcə siyasətini necə xarakterizə etmək olar?

- Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə onun maliyyə imkanları da genişlənir ki, bu da sosial problemlərin həlli istiqamətində mühüm addımların atılması üçün güclü zəmin yaradır. Əmək haqqının, pensiyaların, aztəminatlı ailələrə yardımın ildən-ilə artması təmin edilir, sosial sferanı əhatə edən sahələrin maddi-texniki bazası möhkəmlənir. 2000-ci ildə dövlət büdcəsinin gəlirləri 714,6 milyon manat idi. 2007-ci ilin təsdiq edilmiş büdcəsinin gəlirləri isə 5,7 milyard manat olmuşdur. Göründüyü kimi, 7 il ərzində bu rəqəm 8 dəfədən çox artmışdır. 2004-cü ilə nisbətən 2008-ci ildə dövlət büdcəsinin gəlirləri isə 4,9 dəfə çoxalmışdır. Tam qətiyyətlə demək olar ki, nəinki MDB məkanında, dünyada da analoqu olmayan belə inkişaf meyli yalnız və yalnız düşünülmüş, gələcəyə hədəflənmiş inkişaf strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.

Güclü iqtisadi inkişaf, maliyyə imkanlarının artması həm iqtisadi, həm də sosial prioritetlərin düzgün seçilməsi imkanlarını genişləndirməklə yanaşı, ölkənin pul-kredit, büdcə siyasətində təkmilləşmələr aparılmasını da zəruri edir. Bu təkmilləşmələrdən biri ÜDM-də büdcənin xüsusi çəkisinin artması ilə əlaqədardır. Bu nisbətin dövlət büdcəsinin xeyrinə dəyişməsi dövlətin sosial-iqtisadi proseslərdə iştirakının artmasını, onun öz funksiyalarını daha müvəffəqiyyətlə yerinə yetirməsini nümayiş etdirir. Müstəqilliyin ilk illərində büdcə gəlirləri və xərcləri ÜDM-in cəmi 12-13 faizini təşkil etdiyi halda, son illər bu nisbət 24-25 faizə bərabər olmuşdur. Büdcə xərclərinin strukturu da köklü surətdə təkmilləşir, təhsilə, səhiyyəyə, elmə ayrılan xərclərin həcmi əhəmiyyətli dərəcədə artır.

Təhsilə ayrılan büdcə vəsaiti təxminən 1 milyard manat, səhiyyəyə isə 330,4 milyon manat olacaq. Müqayisə üçün qeyd edək ki, 2000-ci ildə dövlət büdcəsinin cəmi xərcləri 760 milyon manata bərabər idi. Dövlət başçısı Azərbaycan xalqının gələcəyi, onun dünya xalqları arasında layiqli yer tutması naminə təhsilə, elmə diqqətin bundan sonra da artırılacağını bəyan etmişdir. Təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlarla, informasiya texnologiyaları ilə təmin edilməsində Heydər Əliyev Fondunun, onun Prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Çünki qloballaşan dünyada o ölkə özünün suverenliyi, milli-mənəvi dəyərlərini daha layiqincə qoruya biləcəkdir ki, o, güclü, yüksək elm sisteminə malik olsun.

Bəzi xarici ekspertlər bildirirlər ki, Azərbaycanda büdcə xərcləri sürətlə artır, onların qarşısı alınmalıdır. Bu fikirlə heç cür razılaşmaq olmaz. Azərbaycan hələ sosial göstəricilərinə görə Avropa ölkələrindən geri qalır. Ona görə də vacib sahələr üzrə biz xərcləri artırmalıyıq.

İlham Əliyev bu məsələyə də öz prinsipial münasibətini bildirir: "Biz böyük, nəhəng infrastruktur layihələrini həyata keçirməliyik, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Maaşlar artmalıdır, pensiyalar artmalıdır. Düzdür, indi Azərbaycanda minimum əmək haqqı və minimum pensiya təxminən 60 dollar səviyyəsindədir. Azərbaycanda orta pensiya 70 dollar səviyyəsindədir. Bu, əvvəlki illərə nisbətən çox böyük irəliləyişdir. Ancaq hamımız bunu bilirik və etiraf etməliyik ki, bu, insanın gündəlik tələbatını ödəyə bilməz. İnsanların normal fəaliyyəti üçün, yaşaması üçün bu, kifayət etməz. Məhz buna görə də Azərbaycanda əhalinin 20 faizi yoxsulluq səviyyəsində yaşayır. Biz bunu aradan qaldırmalıyıq. Ona görə də sosial ödəmələr artacaqdır. Bu sahədə də böyük işlər görülübdür.

Yəni bütün bu sosialyönümlü məsələlərdə biz geri çəkilməyəcəyik. Əksinə, növbəti illərdə maaşlar da qaldırılacaq, minimum əmək haqqı, minimum pensiya, dövlətdən maliyyələşən bütün kateqoriyalı insanların əmək haqları qaldırılacaqdır".

Dövlət başçısının bu prinsipial mövqeyi strateji əhəmiyyət kəsb edir. Təəssüf ki, beynəlxalq təşkilatların ekspertləri xərclərin sürətlə artmasından narahatçılıq keçirirlər. Amma göründüyü kimi, xərclərin nisbətən belə dinamikasının obyektiv əsasları var. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan yaxın vaxtlarda adambaşına düşən ÜDM göstəricisinə görə inkişaf etmiş ölkələr sırasına çıxmaq imkanına malikdir. Təbii ki, bu digər əsas göstəricilərin dinamikasında da özünü göstərəcəkdir. Onu da qeyd edək ki, respublikada büdcə xərclərinin ildə 25-30 faiz artmasının maliyyə tutumu inkişaf etmiş ölkələrdə büdcə xərclərinin 1 faiz artmasından çox deyil. Ona görə də hələ uzun müddət səhiyyəyə, elmə, təhsilə, sosial ehtiyacların ödənilməsi ilə əlaqədar olaraq xərclərin sürətlə artması obyektiv zərurətdir. Belə bir mövqe Azərbaycanda dayanıqlı, sabit inkişaf üçün çox real perspektivlər açacaq, iqtisadi inkişafla sosial inkişaf arasında tarazlığı təmin edəcəkdir.

- Bəs uşaqlar üçün büdcə siyasəti və investisiyalar dünya ölkələrində necə həyata keçirilir?

- Tədqiqatlar göstərir ki, ölkə vətəndaşlarının təhsil səviyyəsinin 1% yüksəlməsi əmək məhsuldarlığı və adambaşına düşən ÜDM-in müvafiq olaraq 2,5 və 1,5% artımı ilə nəticələnir. 1994-2004-cü illərdə əmək məhsuldarlığının artımı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrin ÜDM artımının yarısını şərtləndirib.

2002-2004-cü ilərdə təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi Norveçdə ÜDM-in 7,7%-i, İsveçdə 7,0%-i, Finlandiyada 6,5%-i, Macarıstanda 6,0%-i, Estoniyada 5,7%-i səviyyəsində olmuşdu.

İnkişaf etməkdə olan ölkələrdə, bir qayda olaraq eksperiment səciyyəli olmayan tədqiqatlardan irəli gələn nəticələr məktəbəqədər təhsildə əldə edilən mənfəətin yüksək olduğunu sübut edir. Boliviyada ailə əsaslı erkən uşaqlıq dövründə inkişaf və qidalanma proqramının fayda-xərc nisbəti 2,4:1 və 3,1:1 idi, özü də körpə ölümünün yüksək, məktəbdə qeydiyyat əmsalının isə aşağı olduğu qruplardan olan uşaqlar üçün bu nisbət yüksək olmuşdu. Kolumbiya və Misirdə digər iqtisadi təhlillər nisbətin 3:1 olduğunu müəyyən etmişdi; Misirdə təhlükəyə ən çox məruz qalan uşaqların qeydiyyatı baxımından faydaların 5,8:1 nisbətində olduğu aşkar edilmişdi. Daha az inkişaf etmiş ölkələrdə erkən uşaqlıq dövrü proqramlarının ciddi qiymətləndirilməsi geniş yayılmayıb, lakin son on ildə bununla bağlı dəlillər toplanmaqdadır. Dehlidə məktəbəqədər səhiyyə proqramı nəticəsində əmək bazarında mənfəət xərclənən hər 1 ABŞ dollarına 14 dollar təşkil etmişdi.

- Respublikada uşaqlar üçün büdcə siyasəti və investisiyalar regional səviyyədə necə həyata keçirilir?

- Regionlar, rayonlar, habelə şəhər/kənd qəsəbələri üzrə səhiyyə xərclərinin bölgüsündə qeyri bərabərlik hiss olunur. Bəlkə də bəzi regionlarda səhiyyə göstəricilərinin pis olması buna görədir. Dağlıq Şirvan, Aran və Lənkəran iqtisadi regionlarında səhiyyə xidmətlərindən istifadə və bəzi səhiyyə göstəricilərinə görə vəziyyət ümumrespublika göstəricisindən aşağıdır.

Görünür, ölkədə ana və uşaq ölümü əmsallarının nisbətən yüksək olmasının səbəbi büdcə səhiyyə xərclərinin aşağı olmasıdır. İstifadə edilən məlumat mənbəyindən və son illər ərzində bu sahədə əhəmiyyətli irəliləyişlərdən asılı olmayaraq beş yaşınadək uşaqlar arasında ölüm əmsalı keçid dövrünü yaşayan ölkələrin "normasından" yüksəkdir. Region və sərvət kvintilləri, habelə anaların təhsili və uşaqlar arasında doğum intervalına görə bu əmsalda fərqlər mövcuddur.

Bütün bu çatışmamazlıqların aradan qaldırılması üçün isə dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması, bərabər paylanması ilə yanaşı dövlət büdcəsinin sürətli inkişafı regionların büdcə balansını da aktivləşdirməlidir. Son dörd ildə dövlət büdcəsinin gəlirlərinin artmasına baxmayaraq respublikanın regionları üzrə cəmi (Bakı və Naxçıvan MR istisna olmaqla) daxilolmalar 33,3 mln manatdan 108,5 mln manata çatmışdır. Ümumilikdə isə regionlar üzrə daxilolmaların büdcə daxilolmalarındakı xüsusi çəkisinin artması istiqamətində görülən işlər daha da geniş vüsət almalıdır.

Regionların dövlət büdcəsinin formalaşmasındakı rolunu yüksəltmək məqsədilə təklif edilən əsas istiqamət regionlar üzrə büdcədən ayırmaların və xüsusilə iqtisadiyyatın inkişafı üçün istehsal tipli ayırmaların xüsusi çəkisinin artırılmasıdır. Burada ərazi büdcələrinin formalaşdırılması və istifadəsinin müstəqilliyi və maliyyənin əksmərkəzləşdirilməsi prinsipləri əsas götürülməlidir.

2007-ci ilin dövlət büdcəsində (Naxçıvan MR və Bakı istisna olmaqla) regionlar üzrə daxilolmaların ümumi daxilolmalardakı xüsusi çəkisi 2,0% (108,5 : 5335,7) təşkil etdiyi halda regionlar üzrə yerli xərclər ümumi büdcə xərclərinin 11,5%-ni (659,5 : 5714,7) təşkil etmişdir. Regionlar üzrə büdcə xərcləri daxilolmalardan 5-6 dəfə çoxdur.

Ölkənin büdcə siyasətində belə kənarlaşmanın aradan qaldırılması məqsədilə ilk növbədə regionların dövlət büdcəsinin formalaşmasındakı rolunun artırılması imkanları araşdırılmalıdır.

- Azərbaycanın regionda lider ölkəyə çevrilməsinə baxmayaraq bəzi xarici ekspertlərin apardığı hesablamalara əsasən respublikamız sosial təyinatlı göstəricilər üzrə nəinki inkişaf etmiş, hətta keçid iqtisadiyyatlı ölkələrdən belə geri qalır. Bu nə ilə əlaqədardır?

- Mən, ümumiyyətlə belə bir müqayisənin aparılmasını düzgün hesab etmirəm. 2008-ci ildə dövlət büdcəsinin sosialyönümlü xərcləri 2,8 mlrd manat təşkil edəcəkdir ki, bu da 2007-ci ilin proqnozuna nisbətən 584 mln manat çoxdur.

Bir sıra ekspertlər problemin mahiyyətinə varmadan göstərirlər ki, sosial xərclərin xüsusi çəkisi əvvəlki illərə nisbətən aşağı düşməyə meyillidir. Məsələyə bu baxımdan yanaşmaq səhvdir. Çünki sosial-iqtisadi proseslərin inkişaf meyilləri qeyri-obyektiv qiymətləndirilir. Bir faktı qeyd edim. 2002-ci ildə büdcənin sosialyönümlü xərcləri 587 mln manat, onun büdcə xərclərində xüsusi çəkisi isə 63% olub (büdcənin həcmi 931 milyon manat). 2008-ci ildə isə sosialyönümlü xərclərin büdcə xərclərində xüsusi çəkisi 32,8%, mütləq həcmi yuxarıda qeyd edildiyi kimi 2,8 mlrd manat olacağı nəzərdə tutulur.

Dünya təcrübəsi göstərir ki, hökumət pensiya və əmək haqlarını artırmaqla, yol tikintisini genişləndirməklə bütövlükdə inkişafı sürətləndirir, daxili alıcılıq qabiliyyətli

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır