AZE | РУС
 
FOTO QALEREYA
HACI ƏLİYEV — 80 ÜLVİLİK
HACI ƏLİYEV - 80 ÜLVİLİK

Müqəddəs kəlamların biri belədir ki, ən xeyirxah insan bildiyini başqasına öyrədəndir. Elə bu səbəbdən də atadan, anadan sonra ən əziz tutulan şəxsiyyət müəllimdir. Xoşbəxt o insandır ki, sayılıb-seçilən müəllimi olub.

Hörmətli Hacı müəllim!

O xoşbəxtlərdən biri də mənəm ki, sizdən dərs almışam. Mən elmdə nəyə nail olmuşamsa, bütün müəllimlərimə, o cümlədən sizə - Hacı Əliyevə borcluyam. Müəllimin böyüyü-kiçiyi olmur, müəllimin yaxşısı olur.

Mənim və digər tələbələrin uğurlarında Sizin də dəyərli zəhmətiniz var.

Sizin qayğı və tələbkarlıqla dərs dediyiniz hər tələbənin ürəyində Hacı müəllimə minnətdarlıq hissi yaşayır.

Çox sağ olun, Hacı müəllim!

Bu gün sizin 80 yaşınız var. Bəzən ötən ömür yolunu ordenlərlə, medallarla, fəxri fərmanlarla ölçürlər. Sizin ən ülvi mükafatınız adınızı ucaldan tələbələrinizdir.

Yaxşı insanların ömrü illərlə ölçülmür, onun gözəl əməlləri ilə ölçülür. Mən sizi başçılıq etdiyim "İqtisadiyyat" qəzetinin yaradıcı kollektivi adından da təbrik edirəm.

Yüz yaşayın, Hacı müəllim.

Keçmiş tələbəniz

Akademik Ziyad Səmədzadə

 

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır