AZE | РУС
 
FOTO QALEREYA
Müsahibələr
Rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması müasir idarəetmə təcrübəsindən istifadə edilməsini zəruri edir

 

"Bizim uğurumuz dörd il ərzində dünyada iqtisadi inkişaf artımına görə birinci olmağımızdır. Bizim uğurumuz Azərbaycanda sabitliyin bu böhranlı vəziyyətdə daha da sabitləşməsidir. Bizim uğurumuz Dünya Bankı tərəfindən Azərbaycanın bir nömrəli islahatçı ölkə kimi tanınmasıdır. Bizim uğurumuz insanların rahat, təhlükəsizlik şəraitində yaşamasıdır. Bizim uğurumuz əmanətlərin etibarlı şəkildə qorunmasıdır. Budur reallıq. Çox söz demək olar, ancaq reallıq onu göstərir ki, kim haqlıdır və kimin siyasəti düzgündür. Bax, bizim müstəqil siyasətimiz, çox cəsarətli addımlarımız bu gün Azərbaycanı böyük bəlalardan xilas etdi, qorudu və bir daha onu göstərdi ki, Azərbaycanda aparılan siyasət yeganə düzgün siyasətdir".

İlham Əliyev

 

- Ziyad müəllim, bu həftə "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanun layihəsinin Milli Məclisdə birinci oxunuşu oldu. Xüsusi iqtisadi zonaların yaradılması üçün respublikamızda münbit şərait varmı?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində yeni iqtisadi münasibətlər formalaşmış, mülkiyyət çoxnövlülüyü təmin edilmiş, azad rəqabət şəraiti yaradılmış və biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilərək özəl sektorun davamlı inkişafına nail olunmuşdur.

Qarşıdakı dövrdə əsas vəzifə milli iqtisadiyyatın diversifikasiyasının təmin edilməsi, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Bu məqsədin uğurlu həllini təmin edən mühüm amillərdən biri xüsusi iqtisadi zonanın yaradılmasıdır.

Bu gün isə respublikada azad iqtisadi zonanın bir növü olan xüsusi iqtisadi zonanın yaradılması üçün əlverişli iqtisadi mühit yaradılmışdır. Təkcə onu göstərmək kifayətdir ki, ən nüfuzlu beynəlxalq təşkilatların rəyinə görə Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Dövlət başçısı İlham Əliyev respublikamızda iqtisadi islahatların davam etdirilməsi, onların milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət etməsini qarşıdakı dövrdə dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirmişdir. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti 2007-ci il 6 mart tarixdə "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" Fərman imzalamışdır. Fərmanda ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsinin istifadə edilməsi, rəqabət qabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədi ilə xüsusi iqtisadi zonaların yaradılmasının vacibliyi vurğulanır. Diqqətinizi bir də ona cəlb etmək istərdim ki, fərmanda respublikada məhz xüsusi iqtisadi zonaların yaradılması vurğulanır. Xüsusi iqtisadi zonalarla azad iqtisadi zonaların fərqi isə tətbiq olunan güzəştlərə münasibətdə nəzərə çarpır. Belə ki, əgər azad iqtisadi zonalarının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər gömrük və vergi rüsumlarından tamamən azad olunurlarsa, xüsusi iqtisadi zonalarda isə belə güzəştlər müəyyən həddə qədər tətbiq olunur. Azad iqtisadi zonaların okeana çıxışı olmalıdırsa, xüsusi iqtisadi zonalar üçün bu vacib sayıla bilməz.

- Bəs dünya təcrübəsində iqtisadi zonaların yaradılması öz əksini necə tapmışdır?

- Qeyd edək ki, ötən əsrin ikinci yarısından başlayaraq dünya praktikasında sahibkarlığın inkişafının müxtəlif təşkilati iqtisadi modelləri müvəffəqiyyətlə tətbiq edilməkdədir. Bu modellərin yaradılması vasitəsilə dövlət prioritet sahələrdə və ya regionlarda sahibkarlığın inkişafını təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədini güdür. Avropa və Asiya ölkələrində, Amerika Birləşmiş Ştatlarında öz məqsəd və miqyaslarına görə çox müxtəlif olan belə modellər ölkə iqtisadiyyatının strukturunun və texnoloci bazasının yeniləşməsinin, bu əsasda rəqabət qabiliyyətinin yüksəldilməsinin güclü amilinə çevrilmişdir.

Hazırda dünyada mindən artıq iqtisadi zona fəaliyyət göstərir. Onlardan 200-dən artıq Amerika qitəsinin ölkələrində, 500-ə yaxın Asiya və Sakit okean regionunda, 100-dən artıq Avropada, 200-dən çox da Yaxın Şərq və Afrika ölkələrində yerləşir. Təkcə Çində 173 iqtisadi zona mövcuddur və orada çalışanların sayı 30 milyon nəfərdən çoxdur.

Bu barədə çox danışmaq olar. Mən Çində səfərlərdə olarkən çinli dostlar deyirdilər ki, Çində fəaliyyət göstərən xüsusi iqtisadi zonalarla tanış olanların sayı 100 minlərlə ölçülür. Yəqin ki, onların hər biri öz vətənlərinə qayıdandan sonra təəssüratlarını bölüşürlər.

Qeyd etdiyim təşkilati iqtisadi modellərdən biri də xüsusi iqtisadi zona (XİZ) adlandırılır. XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə və regionların iqtisadi potensialının inkişafına əlverişli şəraitin yaradılması, yüksək texnoloci sahələrin inkişafının, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir. Dünyanın 100-dən çox ölkəsində xüsusi iqtisadi zonalar yaradılmış və bu da onların iqtisadi inkişafının sürətləndirilməsində öz müsbət rolunu oynamışdır.

SSRİ dövründə ilk azad iqtisadi zona (AİZ) 80-ci illərin sonlarında yaradılmağa başlanmışdı. AİZ yaradılması üzrə özündə onun məqsədi və konsepsiyasını əks etdirən və məqsədəuyğunluğunu əsaslandıran rəsmi sənədlər hazırlanmışdı. Bu zaman AİZ-in təşkil edilməsində əsas məqsəd müəssisələrin xarici iqtisadi fəallığının artması nəticəsində AİZ-də birgə müəssisələrin yaradılması idi.

AİZ-ə SSRİ-nin dövlətlərarası iqtisadi fəaliyyətinin stimullaşdırılmasında köməkçi bir vasitə kimi baxırdılar. Birinci növbədə AİZ-i Uzaq Şərqdə yaratmaq istəyirdilər. Hesab edilirdi ki, o dövr üçün kifayət qədər elmi-texniki potensialı olan bu region mövcud yerli texnologiyalar və xarici kapital hesabına yüksək keyfiyyətli elm tutumlu məhsulların istehsalı əsasında inkişaf etməli idi. Ərazidə təsərrüfat-hüquqi güzəştlər isə yalnız birgə müəssisələrə münasibətdə tətbiq olunurdu. Xarici investisiyaların həddi isə SSRİ ərazisində fəaliyyət göstərən normalar əsasında tənzimlənirdi.

- Bildiyimiz qədər əvvəllər də bu sahədə işlər aparılıb və hətta qanunvericilik səviyyəsində də müzakirələr olub. Bəs nəyə görə o dövrdə problem öz həllini tapmadı?

- Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda da iqtisadi zonaların yaradılması planlaşdırılırdı. Məlum hadisələrlə əlaqədar olaraq ideya reallaşmadı. Müstəqilliyin lik illərində də yenidən iqtisadi zona yaradılması məsələsi aktuallaşdı. 1996-cı ildə bu məsələ Milli Məclisdə geniş müzakirə obyektinə çevrildi. Müxtəlif təkliflər irəli sürüldü... lakin obyektiv səbəblər üzündən azad iqtisadi zonalar barədə qanunun qəbulu məqsədəuyğun sayılmadı. Çünki bildiyiniz kimi həmin dövrdə respublikada əlverişli investisiya, biznes mühiti formalaşmamışdı. Azərbaycana inam az idi, qanunvericilik bazası formalaşmamış, vergi və gömrük məcəlləsi, büdcə sistemi haqqında qanunlar qəbul olunmamışdı. Əlbəttə ki, belə bir şəraitdə iqtisadi zonaların yaradılması real effekt verə bilməzdi.

Bir məsələyə də xüsusi diqqət yönəltmək istərdim. Bu yaxınlarda mənim qəbulumda olan xarici ekspert xüsusi iqtisadi zonalar əvəzinə sənaye şəhərciyi və texno-parkların yaradılmasının məqsədəuyğun olduğunu bildirdi. Mən ona bildirdim ki, bəs nəyə görə sizin ölkənizdə belə zonalar geniş yayılıb. K.Marks deyib ki, müxtəlif istehlak dəyərləri müqayisə olunmur. Xüsusi iqtisadi zonaların öz yeri var, sənaye şəhərciklərinin, texno-parkların öz yeri. Bu idarəetmə formalarının hər birindən ayrı-ayrılıqda istifadə etsək, onların faydası da çox olar. Dünya təcrübəsi də bunu təsdiqləyir.

Respublikada xüsusi iqtisadi zonalar sahəsində ilk tədqiqat aparan iqtisadçı kimi qeyd etmək istərdim ki, Azərbaycanda artıq bu sahədə iqtisadi baxışları formalaşdırmışıq. Prezident fərmanı imzalanandan sonra İqtisadçılar İttifaqının dəstəyi ilə konfrans keçirdik. "İqtisadiyyat" qəzetində Çin iqtisadiyyatına həsr olunmuş 100-ə yaxın məqalə dərc olunub.

- Oxucularımız üçün də maraqlı olar ki, Siz xüsusi iqtisadi zonaların mahiyyəti, prinsipial cəhətləri barədə bir qədər ətraflı məlumat verəsiniz. Bəzən iqtisadi ədəbiyyatlarda bu barədə müxtəlif fikirlər səslənir.

- Xüsusi iqtisadi zona dedikdə, ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün xarici sərmayənin və mütərəqqi texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi və yayılması məqsədilə yaradılmış, özünün inzibati sərhədi, xüsusi hüquqi recimi olan ərazi başa düşülür. Başqa sözlə, xüsusi iqtisadi zonalar ölkənin xüsusi recim tətbiq olunan ərazisidir.

Azərbaycanda Xüsusi İqtisadi Zonaların yaradılması qeyd olunan iqtisadi inkişaf üzrə prioritet məqsədlərə nail olunmasında xüsusi önəm kəsb edir. Bu zonaların yaradılması ölkə iqtisadiyyatında regional baxımdan tarazlı inkişafa, istehsal təyinatlı sahibkarlığın, onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. XİZ-lərin yaradılması ölkənin sənaye potensialının sistemli şəkildə reallaşması, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, məşğulluğun təmini, investisiyaların cəlb edilməsi, regionların inkişafı kimi prioritet vəzifələrin yerinə yetirilməsi baxımından da xüsusilə əhəmiyyətlidir. Qanun layihəsinin hazırlanması zamanı ABŞ, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Polşa, İordaniya, Cənubi Koreya və s. kimi ölkələrin təcrübəsi də öyrənilmişdir. Bundan əlavə, Dünya Bankı tərəfindən hazırlanmış və iqtisadi zonaların yaradılmasında dünya təcrübəsini özündə əks etdirən hesabat da öyrənilmişdir.

Təcrübə göstərir ki, dövlət-özəl əməkdaşlığı çərçivəsində yaradılmış və özəl təşkilatlar tərəfindən idarə olunan zonalar daha uğurlu olurlar. Burada dövlətin əsas vəzifəsi müvafiq qanunvericilik çərçivəsində XİZ-lərin yaradılmasından, nəzarət və tənzimləmə funksiyalarının həyata keçirilməsindən, zonada çalışan sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsindən ibarət olur. Xüsusi zonaların idarə edilməsi və inkişaf etdirilməsi isə daha çox bu sahədə ixtisaslaşmış özəl təşkilatlar tərəfindən həyata keçirilir. Belə model, dövlətin iqtisadi zonaların yaradılması ilə bağlı xərclərinin dəfələrlə azaldılmasına, idarəedicinin səmərəliliyinin yüksəldilməsinə, buraya investor axınının daha güclü olmasına imkan verir.

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi bu təcrübə nəzərə alınaraq hazırlanmışdır.

- Bir də, Ziyad müəllim, iqtisadiyyatımız inkişaf etdikcə dilimizə yeni anlayışlar daxil olur. Bu anlayışların daha müfəssəl açıqlanması insanların iqtisadi biliklərə yiyələnməsi, maariflənmə baxımından da az əhəmiyyət kəsb etmir. İstərdik ki, qanun layihəsində istifadə olunan anlayışlar barədə fikirlərinizi açıqlayasınız.

- Çox maraqlı sualdır. Qeyd edim ki, başçılıq etdiyim İqtisadçılar İttifaqı hal-hazırda "İqtisadi ensiklopediya" kitabını başa çatdırmaq üzrədir. Son dərəcə məsuliyyətli və vacib olan bu işə mən və mənim həmkarlarım ciddi yanaşmışıq. Orada müasir dünya təcrübəsində və iqtisad elmində istifadə olunan terminlər, proseslər barədə məlumat almaq olar. Yəqin ki, azad və xüsusi iqtisadi zonalar barədə də bir sıra anlayışlar bu kitabda öz əksini tapacaqdır. İndi isə keçək qanun layihəsində istifadə olunan konkret anlayışlara. Qeyd edim ki, "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü hüququ əsasında Azərbaycan Respublikası Milli Məclisinə daxil olmuş, İqtisadi siyasət daimi Komissiyasında müzakirə edilmiş, onun Milli Məclisin sessiyasında baxılması tövsiyə edilmişdir.

Layihə 21 maddədən ibarətdir. Qanun layihəsinin birinci maddəsində əsas anlayışlar öz əksini tapmışdır. Qanun layihəsində xüsusi iqtisadi zona - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi hüquqi recimin tətbiq edildiyi Azərbaycan Respublikası ərazisinin məhdud bir hissəsi; xüsusi hüquqi recim - xüsusi iqtisadi zona ərazisində güzəştli şərtlərlə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi iqtisadi zonanın rezidentlərinə təqdim edilən recim; gömrük ərazisi - Azərbaycan Respublikasının quru ərazisindən, daxili sularından, Xəzər dənizinin (gölünün) respublikamıza mənsub olan bölməsindən (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarət olan ərazi; xüsusi iqtisadi zonanın rezidentləri - respublika qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış, xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu qanunla müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış hüquqi və fiziki şəxslər öz əksini tapmışdır.

Burada həmçinin, xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti sahəsində səlahiyyətli orqan - Azərbaycan Respublikasında xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı; xüsusi iqtisadi zonanın adminstrasiyası - xüsusi iqtisadi zonanın fəaliyyət müddətində onun ərazisində yaradılan səlahiyyətli orqanın yerli qurumu; xüsusi iqtisadi zonanın operatoru - idarəetmə sazişi çərçivəsində xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik daşıyan, bu sahədə beynəlxalq səviyyədə tanınmış və böyük təcrübəyə malik şirkət və ya şirkətlər qrupu; idarəetmə sazişi - xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsi üçün xüsusi səlahiyyətli orqanla operator arasında imzalanmış saziş qeyd olunur.

- Yaxşı olardı ki, xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti barədə oxucularımıza məlumat verəsiniz?

- Böyük məmuniyyətlə. "Xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyəti" adlanan 4-cü maddədə xüsusi iqtisadi zonada aşağıdakı fəaliyyət növlərinin qadağan edilməsi göstərilir: mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların istehsalı, saxlanılması və satışı, habelə qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı; teleradio yayımı fəaliyyəti; spirtli içkilərin və tütün məmulatlarının istehsalı. 5-ci maddədə xüsusi iqtisadi zonanın yaradılması qaydası göstərilir. Qeyd olunur ki, Azərbaycanda hər bir XİZ-in yaradılmasına dair səlahiyyətli orqan tərəfindən hazırlanmış əsaslandırılmış təklif əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar verilir. Təklifdə seçilmiş ərazinin təsviri, xüsusi iqtisadi zonanın yaradılmasının iqtisadi əsaslandırılması, bu qurumun əsasnaməsinin layihəsi, burada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onun yaradılması ilə bağlı tədbirlər planı öz əksini tapmalıdır.

XİZ-in yaradılması haqqında qərar qəbul olunduqda səlahiyyətli orqan tərəfindən XİZ-in administrasiyası yaradılır və zonanı idarə edəcək və inkişaf etdirəcək operatorun müsabiqə yolu ilə seçilməsi həyata keçirilir. Şirkətlərin bu sahədə təcrübəyə mali

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır