AZE | РУС
 
FOTO QALEREYA
O, ÖLKƏ VƏTƏNDAŞI İDİ
O, ÖLKƏ VƏTƏNDAŞI İDİ

 

Onun adı ilə təbiəti bir idi. Əkrəm-kərəm əhli, mərd adam deməkdir. Əkrəm Quliyev də bütün davranışı və fəaliyyəti ilə mərdlik, comərdlik nümunəsi idi. Mən onu ötən əsrin yetmişinci illərindən tanıyırdım. Əvvəl uzaqdan-uzağa xoş sədasını eşitmişdim. Sonra mən Azərbaycan KP Mərkəzi Komitəsində şöbə müdiri işləyəndə tez-tez görüşməli də olduq. O, üzümçülük və şərabçılıq komitəsində idarə rəisi işləyirdi.

Sovet dövründə yaxşı mənada işlənən bir söz də var idi: istehsalat komandiri. "Bu, etibar və etimad doğuran söz idi. Hər adama istehsalat komandirliyi tapşırılmırdı. İstehsalat komandirləri xüsusi diqqətlə hazırlanırdı.

Əkrəm Quliyev də Heydər Əliyev məktəbində təlimlənmiş mütəxəssislərdən idi. Həm özünə, həm də başqalarına tələbkarlıq, yüksək nəticə, əsas şərt sayılırdı.

Adətən, əsrin yetmişinci illərindən söz düşəndə mövzuları hərtərəfli inkişafla qiymətləndirirlər. Həqiqətdə, sovet Azərbaycanının ən böyək inkişaf zirvəsi yetmişinci illərdir. Həmin illəri də şöhrətə mindirən Əkrəm Quliyev kimi təşkilatçı mütəxəssis insanlar idi.

Məhz Əkrəm Quliyev kimi insanların biliyi, səyi və yüksək vətəndaş keyfiyyətləri sayəsindəydi ki, Azərbaycan milyon ton pambıq, üç milyon ton üzüm verdi. Azərbaycan şərabçıları beynəlxalq mükafatlar qazandı. Respublika üzümçülük mərkəzlərindən birinə çevrildi.

Deyirlər, insan yaxşı işləri ilə unudulmaz olur. Əsl xalq adamı olan Əkrəm Quliyev də qədirbilən insanların ürəyində unudulmazlıq qazanmışdır.

Yaxşı insanı yaxşılıqla yada salıb, onun haqqında yaxşı söz demək də bir savabdır.

Əkrəm Quliyev də sağ olsaydı, bu il onun 70 yaşı qeyd edilməli idi. Ancaq biz hazırda onun yoxluğunun qırx gününü qeyd edirik. Qırx gündür ki, Əkrəm Quliyev cimsən aramızda yoxdur. Ancaq yaxşı əməlləri Əkrəm Quliyevin ruhunu daim yaşadacaqdır. Ən böyük varlıq isə unudulmazlıqdır.

Əkrəm Quliyev də xatirələrdə unudulmazlıq rəmzi kimi yaxşılıq abidəsinə çevrilmişdir.

Allah sənə qəni-qəni rəhmət eləsin, Əkrəm müəllim.

 

Akademik Ziyad SƏMƏDZADƏ

 

MEDİA QALEREYA
VİDEO
  daha ətraflı...
FOTO ALBOM
  daha ətraflı...
Faydalı linklər
www.science.gov.az
www.iuecon.org
www.iqtisadiyyat.com
www.meclis.gov.az
Copyright © 2010 Ziyad Səmədzadə! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır